Uşaqların bayramı təntənəli şəkildə qeyd olunub
Yusif Nəzərli
22:40 01.06.2025
Gündəm
350
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü Azərbaycanda müxtəlif səpkili tədbirlərlə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda uşaqların bayramı ilə bağlı təntənəli tədbir keçirilib.
“Mədəniyyət səninlə tanınır!” şüarı ilə gerçəkləşən festivalda tanınmış musiqiçilərin, eləcə də 2023-cü ildə təşkil olunmuş ilk Uşaq İncəsənət Festivalı qaliblərinin çıxışları bütün iştirakçılara, xüsusilə də, bu əlamətdar günün səbəbkarlarına unudulmaz anlar yaşadıb. Faiq Ağayev, Gülyaz Məmmədova, Ramil Qasımov, Manana, İlhamə Qasımova, Şəhriyar İmanov, Azad Şabanov, Samirə Əfəndi, Aşıq Samirə kimi incəsənət ustaları ifaları ilə uşaqların könlünü oxşayıblar.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı, Dağlıq Şirvan, Quba-Xaçmaz, Şəki-Zaqatala, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Şərqi Zəngəzur, Mərkəzi Aran, Şirvan-Salyan, Mil-Muğan, Lənkəran-Astara, Qarabağ bölgələri də xüsusi stendləri ilə festivala öz töhfələrini verib.
Festival ərazisində qurulmuş xüsusi interaktiv zonalar, zəka və əyləncə guşələri, yaradıcı emalatxanalar və əl işlərinin təqdimat stendləri ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Gün boyunca davam edən musiqi, rəqs, səhnəciklər və təsviri sənət nümunələri uşaq dünyasının rənglərini əsl sənət tablosuna çevirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya