Paşinyanın partiyası: Erməni kilsəsi dövlətə hesabat verməlidir
09:13 02.06.2025
Cənubi Qafqaz
288
Ermənistan Baş naziri Nikol Paşinyanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlament fraksiyası kilsənin dövlət qarşısında maliyyə hesabatlılığını təmin edən qanun layihəsinin təşəbbüskarı olmaq niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə fraksiya katibi Artur Ovannisyan sosial mediada məlumat verib.
“Şənbə və bazar günləri Feysbuk səhifəmdə bu sualla kiçik bir sorğu yayımladım: Erməni Apostol Kilsəsi dövlət qarşısında maliyyə hesabatlı olmalıdırmı? Sorğuda 2679 istifadəçi iştirak edib: “Bəli” – 96 faiz (2575), “Xeyr” 4 faiz (104). Bu istiqamətdə qanunvericilik işləri aparmaq lazımdır”, - fraksiya katibi qeyd edib.
Ermənistan Konstitusiyasına görə, kilsə dövlətdən ayrıdır və belə bir hüquqi normanın qəbul edilməsi üçün ölkənin əsas qanununun dəyişdirilməsi zəruridir.
Xatırladaq ki, Nikol Paşinyanla erməni kilsəsi arasında münasibətlər son illərdə, xüsusən də hökumət nümayəndələrinin bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb etməsindən və onun 44 günlük müharibədə Azərbaycana məğlubiyyətə görə Ermənistan hakimiyyətini kəskin tənqid etməsi səbəbindən pisləşib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya