Avropa Komissiyası yeni anti-Rusiya sanksiyalarını elan edə bilər

Avropa Komissiyası iyun ayının sonuna kimi Rusiyaya qarşı yeni sanksiyalar paketini təqdim edə bilər.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.

“Bu yaxın günlərin məsələsidir, belə ki, ötən gün biz öz təkliflərimi Avropa Komissiyasına yönləndirmişik. O həmin təklifləri cari paketə daxil etməlidir və ümid edirəm ki, o iyun ayının sonuna kimi təqdim olunacaq”, -deyə o bildirib.

Fransalı nazir yeni sanksiyaların Rusiyanın konkret hansı iqtisadiyyat sahələrinə toxunacağını aydınlaşdırmayıb.