Ermənistan Baş naziri Nikol Paşinyan İstanbula gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Gecə saatlarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir.
***
Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfərə yollanıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Səfər müddətində Ermənistan Baş naziri Nikol Paşinyanının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanla görüşünün baş tutacağı gözlənilir.
Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyətinə xarici işlər naziri Ararat Mirzoyan, xarici işlər nazirinin müavini Vaan Kostanyan və Ermənistanın Türkiyə ilə nizamlanma prosesi üzrə xüsusi nümayəndəsi, parlament sədrinin müavini Ruben Rubinyan daxildir.