ABŞ və Rusiya arasında növbəti görüş keçiriləcək

Bu gün Malayziyanın paytaxtı Kuala Lumpurda ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş baş tutacaq.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bu, Rubio və Lavrov arasında ikinci görüş olacaq.