
Aİ-Ermənistan əlaqələri yeni mərhələdə: Paşinyanın Brüssel səfərinin PƏRDƏARXASI
09:13 14.07.2025
Dünya
513
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Brüsselə işgüzar səfərə gedib.
Bu barədə Ermənistan KİV xəbər yayıb. Səfər çərçivəsində bu gün Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə üçtərəfli görüş planlaşdırılır. Nikol Paşinyan Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kosa və Belçikanın baş naziri Bart de Veverlə də görüşəcək.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsselə səfəri Ermənistan–Avropa İttifaqı münasibətlərinin son dövrlərdə yaxınlaşması fonunda baş tutur.
Mövzu ilə bağlı politoloq Sultan Zahidov Sherg.az-a açıqlama verib:

"Bu görüşə Ermənistan–Avropa İttifaqı münasibətlərinin son dövrlərdə yaxınlaşması fonunda baxmalıyıq Qeyd etmək lazımdır ki, yanvar ayında Ermənistan parlamenti ölkənin Avropa İttifaqına inteqrasiya xətti niyyətində olduğunu təsdiqləyib. Baş nazir Nikol Paşinyan da əvvəllər bu xətti dəstəkləyən bəyanatlar verib. Bu əməkdaşlıq çərçivəsində Avropa İttifaqı Ermənistana müxtəlif növ yardımlar ayırmaqdadır. Ən son iyunun 29-30-da Avropa İttifaqının Xarici işlər və Təhlükəsizlik üzrə yeni komissarı Kaya Kallasın Ermənistana səfəri baş tutub. Bu səfər zamanı bir sıra mühüm razılaşmalar qəbul edilib. İlk növbədə yeni tərəfdaşlıq gündəliyinin razılaşdırılması, Ermənistanın Aİ-nin vahid müdafiə və təhlükəsizlik proqramı çərçivəsində sülh məramlı missiyalarına qoşulması ilə bağlı çərçivə sazişinin imzalanması, Aİ-nin 2024–2027-ci illər üçün Ermənistana 270 milyon avro yardım ayırması və iki tərəf arasında viza rejiminin liberallaşdırılması istiqamətində atılan addımlar bura daxildir".
Politoloq Paşinyanın Brüsselə səfərini Kaya Kallasın son açıqlamaları və Ermənistan səfərinin nəticəsi kimi qiymətləndirilə biləcəyini bildirib:
"Brüssel səfərində Paşinyanla İttifaqın rəsmiləri arasında Aİ-Ermənistan əməkdaşlığı, eyni zamanda iyun ayında əldə olunan razılaşmalar müzakirə olunacaq. Buraya xüsusi ilə vizanın liberallaşdırılması məsələsi, İttifaqın Ermənistana ayıracağı yardımlar məsələsi də daxildir.
Paşinyanın hazırki siyasəti Ermənistanın Avropa İttifaqına yaxınlaşması, Avropa bazarında Ermənistanın daha geniş imkanlar əldə etməsi və Rusiyadan uzaqlaşması ilə bağlıdır".
Ekspert sonda bunun Aİ ilə Rusiya arasında geosiyasi konfrantasiyanın təzahürü kimi dəyərləndirilə biləcəyini söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual