
Natiq cəfərli: Rusiyaya qarşı tariflərin tətbiqi asan məsələ deyil
11:01 16.07.2025
Dünya
314
Trampın Rusiyaya qarşı tətbiq etməyə çalışdığı sanksiyalar əslində 50 gün ərzində nailiyyət əldə etmək üçündür
Avropa İttifaqı “sabitliyi pozan fəaliyyətlərə” görə doqquz şəxsə və altı təşkilata qarşı yeni anti-Rusiya sanksiyaları tətbiq edib.
Bu barədə təşkilatın saytında bildirilir.
Sanksiyalar Rusiya Televiziya və Radio Yayımları Şəbəkəsini, BRİKS Jurnalistləri Assosiasiyasını, Geosiyasi Ekspertiza Mərkəzini və Baltik Donanmasının 841-ci Elektron Müharibə Mərkəzini hədəfləyir.
Bundan əlavə, sanksiya siyahısına bir neçə hərbçi, Avstraliya və Rusiya vətəndaşlığı olan bir bloger və iki Moldova vətəndaşı daxil edilib.
ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli “Sherg.az”a söyləyib ki, Trampın Rusiyaya qarşı tətbiq etməyə çalışdığı sanksiyalar əslində 50 gün ərzində nailiyyət əldə etmək üçündür:

“ABŞ 50 günlük fasilə verir və Rusiya da 50 gün ərzində nəyi bacarırsa, etməyə çalışacaq. Hətta Rusiya bu zaman kəsiyində Ukraynadan çətinliklə də olsa, özünü müdafiə edəcək. Ona görə ki, sentyabrın əvvəlindən atəşkəs razılaşması olması ehtimalı var. Atəşkəs anlaşması olmadığı təqdirdə isə sanksiyalardan daha çox silah-sursatların Ukraynaya verilməsi məsələsi gündəmdə olacaq”.
Natiq Cəfərlinin sözlərinə görə, tariflərin tətbiqi asan məsələ deyil:
“Çünki bu, Rusiyaya qarşı yox, ondan neft alan ölkələrə qarşı sanksiyadır. Rusiyadan neft alan ölkələr isə Çin və Hindistandır. İki ölkəyə qarşı birdən-birə 100 faiz tarifin tətbiq edilməsi inandırıcı deyil. Trampın bu addımı Rusiyaya 50 günlük vaxt kəsimində problemləri həll etmək üçün şans verməkdir”.
Kəmalə Vəliyeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə