"Mixail Qusmanı tək qoymayacağıq" - Ekspert
Yusif Nəzərli
11:32 26.07.2025
Gündəm
334
"Rusiyanın TASS agentliyində 26 il direktor müavini çalışan həmyerlimiz, sözün əsl mənasında böyük azərbaycanlı Mixail Qusmanın Şuşa Media Forumunda İlham Əliyevə verdiyi sualdan və cavabdan sonra dərhal Putin tərəfindən işdən azad edilməsi heç də təəccüb doğurmur".
Bu barədə Sherg.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. Ekspert bildirib ki, bu, gözlənilən idi və Mixail Qusmanın ona qarşı hansı tədbirin görüləcəyini bilərək, bunu gözə alaraq Qarabağa gəlməsi onun vətənpərvər olmasından irəli gəlir:
"Forumda söz alaraq sual verən M.Qusman, əslində, çıxış edərək Prezident İlham Əliyevi xarakterizə edərək həm də onu bir daha beynəlxalq ictimaiyyətə təqdim etdi. Bu təqdimatın dünyada çox tanınmış bir Agentliyin yüksək çinli əməkdaşı tərəfindən edilməsi bir uğur idi. Digər nailiyyət isə Qusmanın hazırda ölkəmizə qarşı, ümumiyyətlə, sağ-sola kin, aqressiya, hədə və təhdid püskürən bir ölkəni təmsil etməsi ikinci nailiyyətdir. Mixail Qusmanın çıxışı, əslində, Putinin qara əməllərini ütüləyən və eyni zamanda zaman-zaman Azərbaycana qarşı nifrət püskürən ermənipərəst Rusiya mediasına cavab idi. Biz Vətənə xidmət edən həmvətənlərimizə sahib çıxacaq gücdəyik. Qusmanı tək qoymayacağıq. Qusman çox təcrübəli və uzaqgörən bir şəxsiyyət olmasına rəğmən, atacağı addımın nəticəsini də öncədən bilməmiş deyildi. Əslində, Qusman bir azərbaycanlı kimi Rusiyada yaşayan bütün həmvətənlərimizə yol göstərdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm