“42 ay sonra dönəcəyəm” dedi və itdi! - Məktubdakı sirr hələ də açılmayıb
13:09 25.08.2025
Tarix
1428
Kanadada doğulmuş Granger Taylor, uşaq yaşlarından etibarən mexanika ilə maraqlanan dahi idi. 14 yaşında öz UFO-sunu inşa etmiş, amma ən qeyri-adi səfərini 29 yaşında başlamışdı. O, yaxınlarına belə yazmışdı:
"Kainatdakı yadplanetlilərlə kosmik səfərə çıxıram. 42 ay sonra dönəcəyəm."
Amma bir daha geri qayıtmadı.
Sherg.az xəbər verir ki, Taylor, kiçik yaşlarından metal və motorlarla məşğul olur, məktəb təhsilini tamamlamasa da, bacarığı ilə ətrafındakı mühəndislərdən öndə idi. O, yararsız materiallardan təyyarələr, lokomotivlər və avtomobillər bərpa edirdi. Onun ən məşhur uğurlarından biri II Dünya Müharibəsindən qalmış P-40 Kittyhawk döyüş təyyarəsini yenidən işə salması idi.
1970-ci illərin sonunda Taylor UFO-lara artan maraq göstərməyə başladı. O, müxtəlif kitablar oxuyur, radio proqramlarını izləyir və dünya xaricindəki varlıqlarla ünsiyyətin mümkün olduğuna inanırdı. Dostlarına tez-tez yuxularında və ya meditasiya zamanı yadplanetlərdən mesaj aldığını deyirdi. 14 yaşında öz dizayn etdiyi dairəvi quruluşu - UFO tipli evi inşa etmişdi.
29 noyabr 1980-ci il gecəsi isə Vancouver adasında şiddətli fırtına zamanı Taylor ailəsinə not buraxaraq evdən çıxıb:
"Yadplanetlilərlə səfərə çıxıram. 42 ay sonra dönəcəyəm."
Arxasında 1972-ci il model kamyoneti və Vaterloo dağı xəritəsi qalmışdı. O, bir restoranda son dəfə göründü və sonra itdi.
Taylor itdikdən sonra polis və könüllülər genişmiqyaslı axtarış apardılar, lakin heç bir iz tapılmadı. 1986-cı ildə Vancouver adasında parçalanmış kamyonet tapıldı. Araşdırmalar Taylor-a aid ola biləcəyini göstərdi, lakin suallar qalmağa davam etdi.
Bəzi nəzəriyyələr Taylorın Kolumbiyaya köçdüyünü və ya ABŞ hökuməti tərəfindən 51-ci bölgədə işləməsi üçün “qaçırıldığını” irəli sürür. Onun dostu Robert Keller isə Taylorın intihara meyilli olmadığını və çox ağıllı, həyatı real şəkildə yaşayan biri olduğunu bildirib.
Bu gün də Granger Taylorin hekayəsi UFO tədqiqatçıları və komplo nəzəriyyəçiləri arasında müzakirə mövzusudur. Bəzi insanlar onun həqiqətən yadplanetlərlə səfərə çıxdığına inanır, bəziləri isə onun psixi vəziyyətinə görə faciəvi bir qərar verdiyini düşünür. Ailəsi isə onu böyük bir ixtiraçı və xəyalpərəst olaraq xatırlayır.
Granger Taylor arxasında hələ də açılmamış böyük bir sirr buraxaraq itib. O, modern dövrün ən sirli itkilərindən biri olaraq tarixə keçib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya