Çin liderinin müraciəti: Güclə yalnız müvəqqəti hökmranlıq qurulur

“Bəşəriyyət bu planetdə dinc yanaşı yaşamalı və heç vaxt güclülərin zəiflərə qalib gəldiyi cəngəllik qanununa qayıtmamalıdır”.

Teleqraf xəbər verir ki, bunu Çin Sədri Si Cinpin deyib.

Çin liderinin sözlərinə görə, güclə yalnız müvəqqəti hökmranlıq qurulur, əsrlərin qələbəsi isə həqiqətdən asılıdır.

“Ümid edirəm ki, bütün ölkələr tarixdən dərs çıxaracaq, sülhə dəyər verəcək və birlikdə bəşəriyyət üçün daha yaxşı gələcək yaradacaqlar”, - Si Cinpin vurğulayıb.