
Netanyahu İsraili böhrana sürükləyir
01:52 04.09.2025
Dünya
381
Qəzza əməliyyatları baş nazirin legitimliyini sual altına alır
İsrailin müdafiə elitasında və Nazirlər Kabinetində yüksək vəzifəli məmurlar Qəzza ilə bağlı əsas məsələlərdə hakimiyyət daxilində "parçalanma hissi"ndən narahatdırlar. Onlar hesab edirlər ki, qərarların qəbulundan "kənarlaşdırılırlar". İsrailin N12 kanalının məlumatına görə, Baş nazir Benyamin Netanyahu və strateji məsələlər naziri Ron Dermer qərarları dar çevrədə qəbul edib, qalan kabineti isə "kənarda saxlayıb". Ekspertlərin fikrincə, Netanyahunun davranışları İsraildə hökumət böhranının yaranmasına yol açıb.

Politoloq Zeynal Əmrəliyev Sherg.az-a bildirib ki, İsrailin Qəzza bölgəsində apardığı müharibə hökumətin reytinqində ciddi enişə səbəb olub. Ekspertə görə, bu, sadəcə taktiki deyil, eyni zamanda ideoloji fikir ayrılığıdır:
"Nəzərə alaq ki, Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumət bir-birinə ideoloji cəhətdən çox da yaxın olmayan siyasi təşkilatların koalisiyasıdır. Baş nazirin yanaşması göstərir ki, hökumətdə qərarlar konsensus əsasında deyil, fərdi siyasi maraqlarla verilir. Netanyahunun Qəzza ilə bağlı siyasətini hökumət üzvlərindən gizlətməsinin əsasən iki məqsədi var. Birincisi, hər nə qədər eyni hökumətdə təmsil olunsalar da, həmin partiyalar seçkidə baş nazirin rəqibləridir. Netanyahu seçkidə rəhbərlik etdiyi Likud Partiyasının səsinin parçalanmaması üçün sağ mərkəzin bütün təşkilatlarını nüfuzdan salmaq istəyə bilər. Baş nazirə qarşı Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən çıxarılan həbs qərarı Netanyahunu daha ehtiyatlı olmağa vadar edir. Digər önəmli məsələ İsrailin hökumət rəhbərinin prosesi tez zamanda başa çatdırmaq istəyidir. Netanyahunun istəyi "Tramp planı"na uyğun olaraq, Qəzza bölgəsindən insanları köçə məcbur etmək və orada kütləvi yəhudi yaşayış məskənləri salmaqdır".
Z.Əmrəliyev diqqətə çatdırıb ki, baş nazir siyasi ortaqlarının bu prosesə mane olacağından ehtiyat etdiyi üçün qərarları məhdud çərçivədə qəbul edir:
"Ancaq onun addımları təkcə hökumət daxilində yox, ordu ilə hökumət rəhbərliyi arasında ciddi fikir ayrılığına yol açır. Son zamanlar yayılan məlumatlara görə, İsrail ordusunun Baş Qərargah rəisi ilə Netanyahu arasında ziddiyyət yaranıb. Bu, bir ölkə üçün çox ciddi siqnaldır. İsrail kimi təhlükəsizlik yönümlü bir dövlətdə ordunun siyasi rəhbərliklə sinxron işləməməsi sistemdaxili böhranın əlamətidir. Güc strukturlarının "özbaşına qərarlar verilir" deyə narazı olması, Netanyahunun legitimliyini və idarəetmə qabiliyyətini də sual altına alır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: "Çin Ukraynaya görə Rusiyaya ultimatum verib"
08:50 10.07.2026
Dünya
Günün qoroskopu: İşdə məsuliyyətləriniz arta bilər
08:18 10.07.2026
Cəmiyyət
Madonna, Şakira, BTS və Castin bir səhnədə!
07:44 10.07.2026
Şou
Mədə yanması – Həmişə qastrit deməkdirmi?
07:07 10.07.2026
Sağlamlıq
"Qarabağ" ən böyük uğuruna imza ata bilər - Gözəl
06:36 10.07.2026
İdman
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm