Avropa ölkəsində parçalanma: Müstəqilliyimizi elan edə bilərik

“Serb Respublikası (Bosniya və Herseqovinanın muxtar qurumu – red.) ona qarşı xarici təzyiqlər artarsa, müstəqilliyini elan edə bilər”.
Teleqraf xəbər verir ki, bunu muxtar respublikanın prezidenti Milorad Dodik Macarıstan xarici işlər naziri Peter Siyarto ilə görüşündən sonra deyib.
“Biz dialoq istəyirik. Özünüzü Brüsseldən ayrı şəkildə avropalı kimi aparın. Biz danışa bilərik. İstənilən yeni məcburiyyət bizi Serb Respublikasının müstəqilliyi ilə bağlı qərara gətirib çıxaracaq və bunu etməkdə qərarlıyıq”, - prezident bildirib.
Qeyd edək ki, M.Dodik son vaxtlar separatçı açıqlamaları ilə diqqət çəkir. Məsələ ilə əlaqədar onun barəsində cinayət işi açılıb.