Abbas Əraqçi: İran və ABŞ nüvə dosyesi ilə bağlı dialoqu davam etdirir

"İran və ABŞ vasitəçilər xətti ilə İranın nüvə dosyesi ilə bağlı dialoqu davam etdirir".

Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

"ABŞ ilə dialoq vasitəçilər vasitəsilə davam edir. Amerikalılar qarşılıqlı hörmət əsasında danışıqlara hazır olduqları gün biz də buna tam hazır olacağıq. Hüquqlarımıza və maraqlarımıza hörmət edilməlidir", - o qeyd edib.