
Baxçalı haqlıdır!: ABŞ və İsrailin mövqeyi Ankaranı alternativ ittifaqlar axtarışına sövq edir
13:47 19.09.2025
Siyasət
326
Güngör Yavuzaslan: Türkiyə yeni bir indeks və təhlükəsizlik konsepsiyasına doğru yönəlib
Qlobal güc balanslarının dəyişdiyi bir vaxtda Türkiyə ənənəvi Qərb yönümlü siyasətindən kənara çıxaraq yeni ittifaqlar axtarışındadır. ABŞ və İsrailin bölgədəki siyasətlərinə qarşı narazılıq artdığı bir dönəmdə, MHP sədri Dövlət Baxçalı, Türkiyə-Rusiya-Çin (TRÇ) ittifaqının qurulmasını təklif edib. Onun sözlərinə görə, bu üçlü əməkdaşlıq yeni əsrin strateji mühitinə ən uyğun cavabdır. Bu yanaşma, Türkiyənin təhlükəsizlik və xarici siyasətində yeni bir istiqamətə doğru yönəldiyini göstərir.
Türk siyasi şərhçi Güngör Yavuzaslan Sherg.az-a Türkiyədə son günlərdə gündəmə gələn Türkiyə-Çin-Rusiya ittifaqı müzakirələrinin Cümhur İttifaqının əsas partiyalarından biri olan MHP-nin lideri Dövlət Baxçalının açıqlamaları ilə daha da aktuallaşdığını söyləyib:

"Baxçalı bu məsələ ilə bağlı “bu dəyərləndirmə Türkiyənin gündəminə gəlməlidir” deyərək ciddi bir müzakirənin əsasını qoydu. NATO üzvü olan və uzun illərdir Avropa yönümlü siyasət yürüdən Türkiyənin təhlükəsizlik sahəsində yeni axtarışlar içərisində olub-olmaması sual doğurur.
Əslində bu istiqamət dəyişikliyi Orta Şərqdəki İsrail-ABŞ əməkdaşlığının nəticəsi kimi qiymətləndirilə bilər. Terrorsuz Türkiyə strategiyasına dəstək verməyən ABŞ-nin, Suriyadakı mövqeyi və Qəzzadakı vəhşiliklər fonunda bütün regionu təhdid edən İsrailin dağıdıcı təsiri Ankaranı yeni təhlükəsizlik arxitekturası və alternativ ittifaqlar axtarışına sövq edir.
Ən son Antalyada keçirilən diplomatik forumda Rusiya Xarici İşlər naziri Sergey Lavrov dünyanın “qeyri-müəyyənlik dövrünə” daxil olduğunu, artıq çoxqütblülük və ya qütbsüzlük kimi anlayışların müzakirə mövzusuna çevrildiyini bildirdi. Yəni, nə çoxqütblü, nə də təkqütblü dünya mövcuddur, artıq dünya qütbsüz bir mərhələyə keçib".
Ekspert bu kontekstdə Türkiyənin yeni bir indeks və təhlükəsizlik konsepsiyasına doğru yönəldiyini söyləyib:
"Azərbaycanda Şuşa Bəyannaməsinə əsaslanan təhlükəsizlik modeli bu baxımdan uğurlu bir nümunə kimi çıxış edir. Türk Dövlətləri Təşkilatının lokomotivi olan Türkiyə və Azərbaycan Asiya geosiyasətində Çin və Rusiya kimi güclü dövlətlərlə əməkdaşlıq istiqamətində mühüm addımlar atırlar".
Xəbər lenti
Hamısına bax
Mark Rutte: Transatlantik hərbi-sənaye inqilabının ərəfəsindəyik
15:03 07.07.2026
Gündəm
Trampın təyyarəsi Ankaraya enib
14:43 07.07.2026
Gündəm
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
13:54 07.07.2026
Gündəm
Ukrayna Rusiyanın 8 tankerini vurdu
13:49 07.07.2026
Dünya
Ekoloji izi azaldan təlim: “Yaşıl Yol Xəritəsi” Gəncədə
13:44 07.07.2026
Ölkə
Türkiyənin hərbi üstünlüyünün sirri... - Gülər
13:32 07.07.2026
Gündəm
Buna görə cərimələr müəyyənləşir
13:28 07.07.2026
Gündəm
Pensiyalar nə vaxt veriləcək?
12:26 07.07.2026
Sosial
Ankarada 36-cı NATO Sammiti başlayıb - FOTO
12:12 07.07.2026
Gündəm
Mərdəkanda dənizdə nəzarətsiz ərazidə 16 yaşlı oğlan batıb
12:06 07.07.2026
Hadisə
Müəllimlərin geyimi ilə bağlı qanun qəbul edildi
11:59 07.07.2026
Aktual
Abşeronda silah-sursat tapıldı - VİDEO
11:49 07.07.2026
Hadisə
Şavkat Mirziyoyev İordaniya XİN başçısını qəbul etdi
11:34 07.07.2026
Dünya
Baş nazir İstanbulda turist oldu: Tarixi məkanları ziyarət edib
11:34 07.07.2026
Gündəm