Üçüncü Dünya müharibəsinin anonsu verildi

“Böyük dövlətlərdən biri səhv edərsə, Üçüncü Dünya müharibəsi istənilən vaxt başlaya bilər”.
Teleqraf xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.
“İndi vəziyyət elədir ki, bir səhvə görə dünya müharibəsi başlaya bilər”, - baş nazir qeyd edib.
Viktor Orban bunu dünyada ciddi gərginliyin olması ilə izah edib: “Ciddi oyunçuların hər hansı bir səhvi geridönməz nəticələrə səbəb ola bilər”.