Milli Məclisin sədri Pakistan Prezidenti ilə görüşüb - YENİLƏNİB
Yusif Nəzərli
06:00 14.10.2025
Siyasət
468
Pakistan İslam Respublikasının Prezidenti Asif Zardari İslamabad şəhərində Azərbaycan, Pakistan və Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli görüşündə iştirak edən Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu qəbul edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, görüşdə ölkələrimiz və xalqlarımız arasındakı əlaqələr, o cümlədən, parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, sıx siyasi təmaslar və uğurlu əməkdaşlıq xalqlarımızı və dövlətlərimizi bir-birinə daha da yaxınlaşdırır.
Söhbət zamanı, parlamentlərimiz arasında münasibətlərin ölkələrimizin dostluq və qardaşlıq əlaqələrinə mühüm və müsbət təsirləri qeyd olunaraq, bu mənada, Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin üçtərəfli əməkdaşlıq mexanizminin xüsusi əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb. Azərbaycan, Pakistan və Türkiyə qanunvericilik orqanlarının beynəlxalq parlament təşkilatlarında da uğurlu əməkdaşlığı məmnunluqla vurğulanıb.
Görüşdə Azərbaycan və Pakistan arasında ikitərəfli, o cümlədən, üçtərəfli əməkdaşlığın mövcud yüksək səviyyəsindən məmnunluq ifadə olunub, bu çərçivədə parlamentlərimizin töhfələri müsbət qiymətləndirilib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
***
13.10.2025
Bu gün Pakistan Prezidenti Asif Əli Zərdari Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşu qəbul edib.
APA-nın xəbərinə görə, bu barədə TBMM sədri X-da paylaşım edib.
Qeyd edək ki, bu gün İslamabadda Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşü keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm