Azərbaycan-İran-Rusiya üçtərəfli görüşü ilə bağlı Kommünikenin - DETALLARI
Yusif Nəzərli
06:14 14.10.2025
Siyasət
702
Bakıda Azərbaycan, Rusiya və İran rəsmiləri arasında keçirlən üçtərəfli görüş çəçivəsində kommünike qəbul olunub.
Teleqraf xəbər verir ki, kommünikedə oktyabrın 13-də Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuk və İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq arasında keçirilən üçtərəfli görüşdə müzakirə edilən məsələlər öz əksini tapıb.
Xatırladaq ki, görüş zamanı Azərbaycan, İran və Rusiya arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
Üçtərəfli əməkdaşlıqdan məmnunluq ifadə olunaraq, Azərbaycan, İran və Rusiya arasında qarşılıqlı faydalı iqtisadi-ticari əməkdaşlığın təşviqi, regionun iqtisadi artımı üçün təhlükəsiz və etibarlı regional və beynəlxalq nəqliyyat dəhlizlərinin və energetika sahəsində layihələrin inkişaf etdirilməsi baxımından Azərbaycan, İran və Rusiya Prezidentlərinin 8 avqust 2016-cı il tarixli Bəyannaməsinin və 1 noyabr 2017-ci tarixli Birgə Bəyanatının rəhbər rolu vurğulanıb.
Görüşdə regionun tranzit potensialının inkişafı ilə bağlı səylərin davam etdirilməsinin vacibliyi vurğulanaraq, nəqliyyat kommunikasiyalarının inkişafına və şaxələndirilməsinə yönəlmiş layihələrin sürətləndirilməsi, bu xüsusda ölkələrin müvafiq ərazilərində “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi boyunca infrastrukturun genişləndirilməsi işlərinin sinxron şəkildə həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə daşımaların həcminin 15 milyon tona çatdırılması üçün tədbirlərin görülməsi və yük axınlarının davamlı artımının təmin edilməsinin vacibliyi vurğulanıb. Planlaşdırılan tədbirlər üzrə Fəaliyyət Planının 3 ay müddətində hazırlanması üçün İşçi qrupunun yaradılması barədə razılıq əldə olunub.
Eyni zamanda, görüş zamanı 3 ölkənin gömrük, sərhəd və nəqliyyat qurumlarının nümayəndələrindən ibarət avtomobil daşımaları üzrə xüsusi İşçi qrupunun yaradılması barədə razılıq əldə edilib.
Azərbaycan, İran və Rusiya arasında tranzit daşımalarının təşviq edilməsi məqsədilə gömrük orqanlarının qarşılıqlı fəaliyyəti üzrə üçtərəfli işçi qrupunun əsasnaməsinin imzalanması məmnunluqla qeyd olunub.
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin potensialından tam şəkildə istifadə edilməsi üçün “Rəşt-Astara” dəmir yolu xəttinin inşasının, eləcə də dəhlizin komponentlərindən olan müvafiq dəmiryolu terminalı tikintisinin tamamlanmasının əhəmiyyəti qeyd edilib.
Görüş əsnasında Araz çayı üzərində “Ağbənd-Kəlalə” avtomobil yolu körpüsünün tikintisi, o cümlədən sərhəd-buraxılış məntəqələrinin inşası üzrə işlərin yekunlaşdırılmasının üçtərəfli əlaqələrin möhkəmləndirilməsi baxımından vacibliyi qeyd edilib.
Dəhliz boyunca sərhəd-keçid prosedurlarının sadələşdirilməsinin, nəqliyyat, sərhəd və gömrük əməliyyatlarının rəqəmsallaşdırılmasının zəruriliyi vurğulanıb.
Görüş zamanı Azərbaycan, İran və Rusiya arasında elektrik şəbəkələrinin əlaqələndirilməsi layihəsi üzrə texniki səviyyədə müzakirələrin davam etdirilməsi məqsədəuyğun sayılıb.
Müzakirələr zamanı 14 oktyabr 2025-ci il tarixində “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin mühüm infrastruktur layihələrinə yerində birgə baxış keçirilməsi barədə razılıq əldə edilib.
Yekunda nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin davam etdirilməsi məqsədəuyğun hesab edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm