Putin müharibə ilə bağlı açıq danışdı

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşü zamanı Qərbə açıq mesaj göndərib.
Teleqraf xəbər verir ki, bu barədə Polşanın “Mysl Polska” nəşri məlumat yayıb.

Mənbənin yazdığına görə, Putin Qərbə açıq şəkildə bəyan edib ki, Rusiya Ukraynadakı “xüsusi hərbi əməliyyat”ı (müharibəni) bütün məqsədlərinə çatana qədər davam etdirəcək.

Məqalədə deyilir: “Ruslar açıq şəkildə “Tomahavk” raket hücumlarına tab gətirə, neft sənayesini qoruya və öz məqsədlərinə hərbi yolla nail ola biləcəklərinə inanırlar”.