
Alyaska sammitinin sirri: Moskva cavab gözləyir, Vaşinqton susur
13:17 16.10.2025
Dünya
474
Lavrovun bəyanatı Rusiya-ABŞ arasında gizli razılaşma ehtimalını artırır
Rusiya Xarici İşlər naziri Sergey Lavrovun verdiyi açıqlama beynəlxalq siyasi dairələrdə ciddi müzakirələrə səbəb olub. Nazir bildirib ki, “Moskva Alyaska sammitinin nəticələri ilə bağlı Vaşinqtondan hələ də konkret cavab gözləyir”. Lavrovun sözlərinə görə, Rusiya Alyaskada keçirilən danışıqların nəticələrinə sadiqdir və “biz hələ də Alyaskadakı danışıqların nəticələrinə konkret reaksiya gözləyirik",-deyə əlavə edib.
ABŞ və Rusiya arasında baş tutan bu sammitin detalları ictimaiyyətə açıqlanmasa da, Moskvanın gözləmə mövqeyində qalması, Vaşinqtonun isə hələlik susqunluğu saxlaması pərdəarxası razılaşma ehtimalını gücləndirir. Mövzu ilə bağlı rəsmi açıqlamaların olmaması regionda yeni geosiyasi reallıqların formalaşmaqda olduğuna işarə edir.
Politoloq Samir Hümbətov Sherg.az-a açıqlamasında bildirib ki, Lavrovun bu açıqlaması belə qənaətə gəlməyə əsas verir ki, Rusiya və ABŞ Alyaskada hansısa gizli razılıq əldə ediblər və ya müəyyən məsələlər ətrafında razılaşma istiqamətində müzakirələr aparıblar:

"Görünür ki, Rusiya həmin görüşün nəticələrini gözləyir və ABŞ-dan konkret cavab gözlədiyini açıq şəkildə ifadə edir.
Qeyd edək ki, Alyaska görüşündən dərhal sonra Donald Tramp Avropa liderləri, həmçinin Ukrayna prezidenti ilə də görüşlər keçirdi. Bu görüşlərdən sonra Trampın mövqeyində müəyyən dəyişikliklərin baş verdiyi müşahidə olundu. Əgər Rusiya yalnız bir açıqlama ilə kifayətlənərək ABŞ-dan rəsmi cavab gözləyirsə, demək ki, Tramp bu danışıqlarda hansısa məsələdə Rusiya ilə razılığa gəlib. Bu razılaşmanın qarşılığında Rusiyanın nəyi və ya hansı güzəşti təklif etdiyi isə hələlik məlum deyil. Bu da Rusiyanın öz iddiasıdır".
Ekspert ABŞ-nin yaxın vaxtlarda məsələ ilə bağlı açıqlama verə və mövqeyini dəqiqləşdirə biləcəyinin gözlənildiyini söyləyib:
"Lakin bu cür açıq bir bəyanatın veriləcəyi də inandırıcı görünmür. Əgər ABŞ Alyaska görüşündən sonra Ukrayna ilə əlavə danışıqlar aparıbsa, ehtimal etmək olar ki, Ukrayna bu razılaşmanın bəzi məqamları ilə razılaşmayıb. Bu səbəbdən də Ukraynadan hər hansı bir rəsmi reaksiya gözlənilmir. Böyük ehtimalla Alyaska görüşündə müharibənin dayandırılması, hazırda işğal altında olan bəzi ərazilərin Rusiyada, digərlərinin isə Ukraynada qalması, yaxud da Avropanın Ukraynaya dəstəyinin məhdudlaşdırılması kimi məsələlər müzakirə edilib. Hələlik bu danışıqların detalları tam qapalı qalır və ictimaiyyətə açıqlanmır. Bu səbəbdən Lavrovun gözlədiyi cavabın tezliklə gələcəyi real görünmür. Hazırda Qərb ölkələrinin bu məsələ ilə bağlı heç bir fəallıq göstərməməsi də bunu sübut edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat