Bundan sonra BMT İranın nüvə məsələsi ilə məşğul olmayacaq

BMT Təhlükəsizlik Şurası bu gündən sonra İranla bağlı nüvə silahının yayılmaması məsələlərinə baxmayacaq.

Teleqraf "TASS"-a istinadən xəbər verir ki, bunu Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov deyib.

"2231 saylı Qətnamənin 8-ci bəndinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurası bu gün İranın nüvə probleminə baxılmasını yekunlaşdırıb və "Nüvə silahlarının yayılmaması" bəndi bundan sonra Şuranın baxdığı məsələlər siyahısından çıxarılıb", - o, "Telegram" kanalında yazıb.