7 min 700 il yaşı var
7 min 700 il yaşı var
Yusif Nəzərli
08:40 20.10.2023
Dünya
416
Qədim sap düzəldici daş parçası tapılıb
Bir zamanlar İzmirin Kamalpaşa bölgəsində yaşayış məskəni olmuş Ulucaqdakı arxeoloji qazıntı aparan tədqiqatçılar qədim dövrlərə aid sap – tutacaq (balta, çəkic sapı) düzəldici daş aşkar edib.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, İzmir Böyükşəhər Bələdiyyəsi, Kamalpaşa bələdiyyəsi və Kamalpaşa Sənaye Bölgəsinin dəstəyi ilə İzmirin ən qədim yaşayış məskəni sayılan Ulucaq təpəsində arxeoloji tədqiqatlara başlanılıb. Ulucaq yaşayış məskəninin 8 min 850 illik tarixə malik olduğu bildirilir.
Qazıntılar zamanı 7 min 700 il yaşı olduğu təxmin edilən sap düzəldici daş parçası tapılıb. Trakya Universitetinin Ədəbiyyat fakültəsi Proto-tarix və Ön Asiya Arxeologiyası üzrə professoru Özləm Çevik builki qazıntılarda 3 insan fiqurunun da aşkarlandığını deyib. Professor qeyd edib ki, aşkarlanan sap düzəldici daş parçası qədim zamanlarda taxta parçalarını yuvarlaq formaya salmaq üçün istifadə edilib.
Bu alət gildən düzəldilib. Alətdən müxtəlif ev əşyalarına tutacaq – sap düzəltmək üçün istifadə edilib, o cümlədən də məişətdə istifadə olunan iynələri bu daşla hamar hala gətiriblər. Alətin bir özəlliyi də heyvan bədəni formasında olmalıdır. Alət iribuynuzlu heyvan formasında düzəldilib. Başı və quyruğu var. Bununla da alət həm məişət əşyasıdır, həm də rəmzi məna daşıyır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qurban Qurbanov: Vacib qələbə əldə etdik
23:50 13.08.2026
Futbol
Misir Məkkə Paktına qoşula bilər
23:35 13.08.2026
Aktual
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 273-ə çatıb
22:58 13.08.2026
Dünya
Kiyevə milyardlarla avroluq hərbi yardım edilib
22:40 13.08.2026
Gündəm
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol