9 ayda 97 roman yazan süni intellekt
03:22 25.05.2023
Dünya
524
Bill Qeyts xəbərdarlıq edir ki, bu gedişat böyük şirkətlərin sonunu gətirə bilər
“Microsoft” şirkətinin yaradıcılarından biri olan Bill Qeyts süni intellektlə bağlı daha bir maraqlı açıqlama ilə çıxış edib. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, süni intellekt texnologiyası böyük şirkətləri sıradan çıxaracaq. Hətta “Google” və “Amazon” kimi dünya nəhəngləri də yaxasını qurtara bilməyəcək. Süni intellekt zaman-zaman onların da məvhinə səbəb olacaq. Süni intellektin bütün sahələrə müdaxiləsini təşkil edənlər bu savaşı qazanacaq. Bu, texnologiya istifadəçilərinin davranışlarını kökündən dəyişəcək. Kimsə daha “Google” axtarış sisteminə daxil olmayacaq. İstədiyi məlumatı ona robotlar – süni zəka ötürəcək. Lakin B.Qeyts bildirib ki, rəqəmsal asistentin – yardımçının hər kəsin istifadəsinə açıq olması bir qədər zaman tələb edir. Bu zaman çərçivəsində şirkətlər ChatGPT-ə bənzər qeydləri şəxsi avadanlıqlarına köçürə bilər. B.Qeyts deyib ki, çox yaxşı mətnlər yaza bilən süni intellekt texnologiyası insanların işsiz qalmasına da səbəb ola bilər. B.Qeytsin proqnozları indidən özünü doğruldur artıq. ABŞ-də yaşayan elmi-fantastik yazar Tim Boucer məhz süni zəkanın köməyi ilə 1 ildən də az müddətdə - 9 ayda 97 kitab yazıb. Yazar bunun üçün aralarında ChatGPT texnologiyasının da olduğu süni intellektdən istifadə edib. Tim Boucer, cəmi 9 ayda kiçik həcmli 97 elmi-fantastik əsər yazmaq üçün “ağıllı texnologiya”ya müraciət edib. Yazar bu barədə “məqsədim elektron kitab tərtib etmək idi. Onlara “AI Lore kitabları” adı vermişəm. Bu, süni zəkanın insan yaradıcılığının potensialını artırdığının sübutudur”, - deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İrana 24 milyard dollar qaytarıla bilər
14:03 26.05.2026
Gündəm
"Beşiktaş"dan Zidan sürprizi: İlk təmas quruldu
13:46 26.05.2026
Futbol
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
13:35 26.05.2026
Gündəm
Ali Məhkəməyə iki yeni hakim təyin edilib
13:29 26.05.2026
Aktual
Milli Məclis dövlət komitəsinin hesabatını təsdiq edib
13:00 26.05.2026
Cəmiyyət
Sergey Lebedev: Xarici aktorlar MDB-ni parçalamaq istəyirlər
12:59 26.05.2026
Dünya
“Liverpul” Alissonla bağlı qərarını verdi
12:44 26.05.2026
Futbol
AAYDA-nın daha 7 qurumu ləğv olunur
12:37 26.05.2026
İnfrastruktur
Putin: Dünyada hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib
12:36 26.05.2026
Dünya
Ağdam şəhərinə yola salınan 110 ailə mənzil başına çatıb - FOTOLAR
12:29 26.05.2026
Gündəm
Sabah 28 dərəcə isti olacaq
12:20 26.05.2026
Ekologiya
İtaliya Prezidenti Azərbaycan liderini təbrik edib
12:12 26.05.2026
Gündəm
SEPAH ABŞ PUA-sının vurulduğunu bildirir
11:57 26.05.2026
Dünya
Bu gün işdən 1 saat tez çıxacaqsınız
11:07 26.05.2026
Cəmiyyət