92 il toxunulmamış sərvət
Yusif Nəzərli
20:25 21.09.2023
Dünya
406
Nəvənin nəvəsinə qismət oldu
ABŞ-nin bir vaxtlar ən zəngin insanlarından biri – “taxta kralı” Vellinqton Burt taxta ticarətindən qazandığı milyonların kimsəyə sahib olmaması üçün ağır şərt qoyub. “Taxta kralı”nın vəfatından ötən 92 il ərzində kimsə bu mirasdan faydalana bilməyib. 92 il sonra isə V.Burtun qoyduğu qadağa maraqlı bir şəkildə aradan qalxıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən taxta tacirinin vəziyyətindəki qəribəliyin nə olduğunu təqdim edir. V.Burt ABŞ-də 8 ən zəngin insandan biri olub. V.Burt Saqinavda bələdiyyə sədri və əyalət senatoru vəzifələrində də çalışıb. Milyonlar qazanmasına rəğmən çox simic olub. Sərvəti 100 milyon dollar olan V.Burt mirasının ailə üzvlərindən kimsəyə nəsib olmaması üçün vəsiyyətində indiyədək görünməmiş bir şərt irəli sürüb. V.Burt 1919-cu ildə vəfat edib. O, Forest Lav məzarlığında 15 metr yüksəklikdəki ağ mavzoleydə dəfn edilib. Vəfatı günü vəsiyyəti ailə üzvlərinə açıqlanıb. Vəsiyyət ailə üzvlərini heyrətləndirib. Məlum olub ki, taxta taciri 4 övladından heç birinə mirasından pay verməyib. Üstəlik, övladlarının övladlarına – nəvələrinə də 1 sent də miras qoymayıb. Ailə üzvləri məhkəməyə müraciət etsələr də, nəticə hasil olmayıb. Yalnız 1920-ci ildə övladlar və nəvələrin 720 min dollar və 5 min dollar dəyərindəki dəmir mədənləri üzərində haqları tanındı. 1961-ci ildə övladlar və nəvələr mirasa bağlı növbəti dəfə iddia qaldıraraq məhkəməyə müraciət etdilər. Bu dəfə də onlara 700 min dollar verildi. Bundan sonrakı məhkəmə davalarında övladlar və nəvələr daha heç nə əldə edə bilmədilər. V.Burtun qoyduğu şərt nədən ibarət idi ki, övladları və nəvələri mirasa sahib çıxa bilmirdi? Məsələ burasındadır ki, V.Burt vəziyyətində belə qeyd edibmiş: “Sərvətim, sonuncu nəvəm öldükdən 21 il sonra paylanacaq”. Vəsiyyətə dəqiqliyi ilə əməl edən əyalət rəsmiləri 1989-cu ildə V.Burtun sonuncu nəvəsi vəfat etdikdə zaman ölçüsünü başlatdılar. 21 il keçməliydi ki, taxta tacirinin milyonlarının kimə çatacağı məlum olsun. Nəhayət, təqvimlər 2010-cu ili göstərdiyində V.Burtun mirasının sahibi tapıldı. Bu, tacirin nəvəsinin nəvəsi, 19 yaşlı Kristina Cameron idi. Təbii ki, Kristina ulu babasını heç vaxt görməmişdi, onu yaxından-uzaqdan tanımırdı. Amma o, necə deyərlər, oturduğu yerdəcə milyonlarla dəyəri olan sərvətə sahiblənib. Kristina əlinə keçən sərvət barədə “babam, nənəm də bu sərvətə sahib olmaq istəyirdilər. Ancaq onlara nəsib olmadı. Mən və qardaşım isə bununla o qədər də maraqlanmırdıq, indi də həyəcanlı deyilik. Milyonlarla sərvətə sahib olduğumu adi, sakit qarşıladım”, deyib. Başqa bir məsələ, V.Burtun mirasının təkcə Kristina və qardaşı deyil, daha 32 qan qohumu arasında bölünməsidir. Mirasçılarla bağlı genetik araşdrıma aparılıb və daha 32 nəfərin mirasdan pay almaq hüququ təsbit edilib. 2011-ci ldə sərvət haqq sahiblərinə paylanılıb. Milyonçu tacir niyə belə vəsiyyət imzalayıb, səbəbi dəqiq bilinmir. Ehitmal edilir ki, ya övladları sərvət üstündə dalaşmasın deyə, ya da o, vəfat etdikdən sonra mirasa yiyələnib dağıtmasınlar, işləsinlər, özləri pul qazanmalı olsun deyə, belə vəsiyyət edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm