İran hakimiyyəti ilk dəfə olaraq Hörmüz boğazı üzərindən keçən gəmilərdən rüsum toplayaraq gəlir əldə edib.
Sherg.az xəbər verir ki, bu barədə parlamentin vitse-spikeri Hacı Babayi məlumat verib.
Onun sözlərinə görə, boğazdan yığılan ilk vəsait artıq Mərkəzi Bankın hesabına köçürülüb.
Bundan əvvəl İranın xarici işlər naziri Abbas Araqçi Hörmüz boğazının ticarət gəmiləri üçün açıq olduğunu bildirmişdi. Lakin ABŞ yekun razılaşma əldə olunana qədər İrana qarşı dəniz blokadasını davam etdirəcəyini bəyan edib.
Buna cavab olaraq, İranın İnqilab Keşikçiləri Korpusu boğazın ABŞ blokadası tam aradan qaldırılana qədər bağlandığını bildirib. Hərbi qurum gəmi sahiblərinə yalnız İranın göstərişlərinə əməl etməyi tövsiyə edib və ABŞ prezidenti Donald Trampın açıqlamalarını etibarsız adlandırıb.
Beləliklə, regionda gərginlik daha da artır: həm iqtisadi rıçaqlar işə salınır, həm də strateji su yolunda nəzarət uğrunda mübarizə yeni mərhələyə keçir.