ABŞ-da polis afroamerikalını öldürdü: İnsanlar ayağa qalxdı
07:10 12.04.2021
Dünya
545
ABŞ-ın Minnesota ştatının Bruklin-Senter şəhərində polisin afroamerikalı şəxsi güllələməsindən sonra insanlar kütləvi etirazlara başlayıblar.
Bu barədə “Star Tribune” məlumat verir.
Belə ki, polis 20 yaşlı Dante Raytın avtomobilini yol-hərəkət qaydalarını pozma səbəbi ilə saxlayıb. Onlar həmin şəxsə bildiriblər ki, onun həbs edilməsi üçün order verilib. Amma bunun səbəbi açıqlanmır. Rayt onu saxlamaq istəyən hüquq-mühafizə işçilərinə tabe olmayıb və öz maşınına əyləşib və hərəkətə başlayıb. Polislərdən biri gənci silahla vurub. Onun maşını bir qədər irəliləyib və başqa bir avtomobilə dəyib. Rayta tibbi yardım göstərilsə də o, yerindəcə ölüb.
Avtomobildə bir nəfər qadın da olub. O, qəza nəticəsində travma alaraq xəstəxanaya yerləşdirilib. Qadının həyati təhlükəsinin olmadığı bildirilir.
Bu hadisə ilə bağlı təxminən 500 nəfər şəhər polis idarəsinin qarşısına toplaşıb. Polis dağılışma tələbinə qarşı çıxan həmin şəxslərə qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.
Daha 200 nəfər isə Raytın öldüyü yerə toplaşıb. Ştatın qubernatoru və şəhər meri hadisəni diqqət mərkəzində saxladığını bildirib.
Qeyd edək ki, ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsi böyük etirazlara səbəb olmuşdu.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol