ABŞ-ın keçmiş ordu naziri Driscol Kiyevdə çıxış edib

ABŞ-ın istefaya göndərilmiş ordu naziri Den Driscol Kiyevdə olub və şəhər sakinləri qarşısında çıxış edib. Sherg.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

Məlumata görə, bu, D. Driscolun istefasından sonra ictimaiyyət qarşısında ilk çıxışıdır. O, Kiyevə tək gəlməyib. Tədbirdə “Google” şirkətinin keçmiş baş direktoru Erik Şmidt də ukraynalılar qarşısında çıxış edib. Şmidt hazırda Ukrayna Silahlı Qüvvələri üçün pilotsuz uçuş aparatlarının tədarükü ilə məşğuldur.

Qeyd edək ki, bundan əvvəl Avropa diplomatları da Kiyevə səfər edərək Ukrayna Prezidenti Vladimir Zelenski, eləcə də ABŞ-ın xüsusi nümayəndələri Stiven Uitkoff və Jared Kuşnerlə danışıqlar aparıblar.