ABŞ ordusu hazırkı atəşkəsin pozulacağı təqdirdə Hörmüz boğazı ətrafında İranın müdafiə obyektlərinə zərbə endirmək üçün planlar hazırlayır.
Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Hədəflər siyahısında İranın bu su yoluna nəzarət etmək üçün istifadə etdiyi kiçik hücum qayıqları, mina yerləşdirən gəmilər, raketlər və dronlar ola bilər.
Nəzərdən keçirilən digər variantlara enerji infrastrukturuna zərbələr endirmək və ya danışıqlara mane olan hərbi rəhbərləri hədəfə almaq daxildir.
Açıqlanan adlardan biri SEPAH-ın baş komandanı Əhməd Vahididir”, - məlumatda qeyd olunub.