ABŞ İranın bu tələbini rədd etdi

Vaşinqton İranın dəniz blokadasının ləğv edilməsi tələbini rədd edib.

Axar.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı görüşlərdə iştirak edən amerikalı mənbəyə istinadən məlumat yayıb.

Mənbə əsas fikir ayrılıqlarının qaldığını və razılığa gəlmək imkanlarının məhdud olduğunu bildirib.

Telekanalın digər məlumatına görə, Nyu York görüşü danışıqlarda yaranmış çıxılmaz vəziyyətdən çıxmağa kömək edib, lakin irəliləyiş əldə olunması üçün əlavə addımlar tələb olunur.

Görüşlərdə əsas müzakirə mövzularının Hörmüz boğazının açılması, iqtisadi sanksiyaların yumşaldılması və blokadanın qaldırılması olduğu ehtimal edilir.

Qeyd edək ki, sentyabrın 22-də ABŞ və İran nümayəndələri Nyu Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində danışıqlar aparıblar.