ABŞ-nin iki strateji tanker təyyarəsi Fars körfəzi üzərində uçur

ABŞ-nin iki strateji tanker təyyarəsi Fars körfəzi üzərində uçur.

Teleqraf xəbər verir ki, bu barədə Yaxın Şərq hava nəqliyyatının idarə olunmasındakı mənbə TASS-a bildirib.

Qeyd edilib ki, iki ABŞ strateji tanker təyyarəsi İran hava məkanının yaxınlığında, Fars körfəzinin neytral suları üzərində uçur.

"Tel-Əvivdən havaya qalxan iki "Boeing KC-46A Pegasus" təyyarəsi hazırda İran hava məkanının sərhədi yaxınlığında, Fars körfəzinin neytral suları üzərində uçur", - agentliyin mənbəyi bildirib. O əlavə edib ki, oxşar başqa bir təyyarə Fars körfəzinin qərb sahili səmasındadır.