ABŞ prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi Con Koul bazar ertəsi günü Minskə səfər edəcək.
Teleqraf xəbər verir ki, səfərin əsas məqsədi həbsdə olan siyasi məhbusların azadlığa buraxılması imkanlarını müzakirə etməkdir.
Martın 19-da Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Kol arasında Minskdə aparılan danışıqlardan sonra ekstremizmdə təqsirli bilinən 250 nəfər əfv olunub.
Bunun qarşılığında Belarusa qarşı sanksiyalar yumşaldılıb.