ABŞ prezidentliyinə yeni namizəd: Trampın əsas rəqibi kimdir?
Yusif Nəzərli
15:26 18.05.2023
Dünya
460
ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis gələn həftə 2024-cü ildə prezidentliyə namizəd olmaq niyyətini rəsmən elan etməyi planlaşdırır.
Bu barədə “The Wall Street Journal” nəşri məlumatlı mənbələrə istinadən məlumat verib.
Eyni zamanda, bildirilib ki, siyasətçinin prezidentlik yarışında rəsmi iştirakını qeyd edən tədbirin təfərrüatı hələlik açıqlanmır.
Xatırladaq ki, ABŞ-də növbəti prezident seçkisi 2024-cü ilin noyabrına təyin edilib.
Respublikaçıların nümayəndəsi olan Desantis bir müddətdir ki, partiyadan namizədlik uğrunda Donald Trampın əsas rəqibi hesab olunur.
Həmçinin mart ayında “Fox News” telekanalının keçirdiyi sorğu əsasında məlum olub ki, Tramp ölkədə növbəti prezident seçkisində Respublikaçılar Partiyasından namizədliyinin irəli sürülməsi uğrunda mübarizədə öndə gedir. Mümkün namizədlər barədə ictimai rəy sorğusu göstərib ki, o, ən yaxın rəqibi Ron Desantisi iki dəfədən çox qabaqlayır.
Respondentlərin 54%-i partiyadan namizəd olmaq hüququ uğrunda mübarizədə eks-prezidenti dəstəkləməyə hazırdır. Desantis üçün bu rəqəm 24% təşkil edir, qalan mümkün namizədlərin səs sayı isə 10%-i keçmir.
Daha əvvəl bildirilmişdi ki, ABŞ-nin keçmiş vitse-prezidenti Mayk Pens, ABŞ-nin BMT-dəki keçmiş səfiri və Cənubi Karolina ştatının keçmiş qubernatoru Nikki Heyli, ABŞ-nin nəqliyyat naziri Pit Buttidciç, Kaliforniya qubernatoru Qevin Nyusom da 2024-cü il ABŞ prezidentliyinə namizədliklərini irəli sürmək niyyətindədirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
17:46 21.04.2026
Gündəm
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə açıqlama
17:35 21.04.2026
Gündəm
Aprel ayının pensiya ödənişləri yekunlaşdı
17:16 21.04.2026
Sosial
Cevat Gök: Netanyahu faktoru sülhü poza bilər - ŞƏRH
17:14 21.04.2026
Gündəm
Təhdid xarakterli paylaşım edən məktəbli saxlanılıb
17:06 21.04.2026
Hadisə
Tramp: İrana qarşı yeni zərbələrin endirilməsini gözləyirəm
17:05 21.04.2026
Gündəm