ABŞ NATO ölkələrindən qoşunlarını çıxararaq Polşaya yerləşdirməyi nəzərdən keçirir.
Bu barədə "Wirtualna Polska" məlumat yayıb.
Məlumata görə, bu addım Vaşinqtonu İranla müharibədə dəstəkləməyən ölkələrə qarşı tədbir kimi qiymətləndirilir.
Qoşunların Litva və Rumıniyaya da yerləşdirilməsi variantı müzakirə olunur.
Ekspertlər bu addımın NATO-nun birliyinə təsir edə biləcəyini bildirir.