
ABŞ rəhbərliy narazıdır: Ağ Ev Ukrayna ilə bağlı daha sərt qərarlar qəbul edə bilər
12:24 29.09.2025
Dünya
394
Rusiya-Ukrayna müharibəsi yalnız döyüş meydanında deyil, eyni zamanda beynəlxalq siyasətdə də ciddi dəyişikliklərə səbəb olur. Son vaxtlar Qərb liderləri arasında, xüsusilə də ABŞ-da Ukrayna məsələsinə münasibətdə müəyyən dönüşlər müşahidə edilir. Tramp və onun ətrafının ritorikasında hiss olunan sərtləşmə, Rusiyanın diplomatik dialoqlardan çəkilməsi və Avropanın Ukraynaya verdiyi dəstək, qarşıdakı ayların həm siyasi, həm də hərbi baxımdan həlledici olacağını göstərir. Hər iki tərəf üçün zamanın əhəmiyyəti artır və vəziyyət yeni mərhələyə keçid ərəfəsindədir.
Politoloq Zaur Məmmədov Sherg.az-a Trampın mövqeyində müəyyən dəyişikliklərin müşahidə olunduğunu söyləyib:

"Bu məsələ yalnız Trampın fərdi fikirləri ilə məhdudlaşmır. Hətta onun müttəfiqlərindən biri olan Vensin son açıqlamaları göstərir ki, ABŞ rəhbərliyi Rusiyanın son addımlarından, xüsusilə də üçtərəfli və ikitərəfli görüşlərdən imtina etməsindən narazıdır. Bu narahatlıq ABŞ-nin Ukrayna ilə bağlı daha sərt qərarlar qəbul etməsinə səbəb ola bilər.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dan uzaqmənzilli Tomahawk raketlərinin verilməsini istəyib. Əgər bu raketlər Ukraynaya təhvil verilərsə və Rusiya ərazisinə zərbələr endirilərsə, bu, müharibənin gedişatına ciddi təsir göstərə bilər.
Donald Tramp BMT-də verdiyi son açıqlamasında bildirib ki, Rusiya qalib deyil, əgər qalib olsaydı, bu gün Kiyevdə olardı. Halbuki, əvvəlki çıxışlarında o, Ukraynanın qalib gəlməsinin mümkün olmadığını deyirdi. Bu mövqedəki dəyişiklik, görünür, Rusiyanın son diplomatik davranışları və Qərb ölkələrinin Ukraynaya verdiyi dəstək fonunda baş verib.
Hazırda Rusiya müharibəni dayandırmaq niyyətində deyil. Avropanın Şərqində iki böyük dövlət arasında baş verən bu müharibə yaxın gələcəkdə daha böyük və təhlükəli fəsadlara yol aça bilər. Bu, xüsusilə Polşa və Baltikyanı ölkələr üçün ciddi risklər yaradır. NATO da vəziyyətə uyğun olaraq yeni və daha sərt qərarlar qəbul edə bilər".
Ekspert Britaniya, Almaniya və Fransanın Ukraynaya verdiyi siyasi və hərbi dəstəyin Qərbi Avropa ölkələrinin bu məsələdə həmrəylik nümayiş etdirməsinə səbəb olduğunu söyləyib:
"Bu həmrəylik eyni zamanda ABŞ-nin mövqeyinə təzyiq vasitəsi kimi də başa düşülə bilər. Rusiyanın görüşlərdən imtina etməsi, Avropanın Ukraynanın yanında qətiyyətlə dayanması və ABŞ-nin diplomatik cəhətdən tək qalması göstərdi ki, Vaşinqton bu müharibədə təzyiq faktorundan daha aktiv şəkildə istifadə etməlidir.
Hazırda cəbhədə ərazilərlə bağlı demək olar ki, heç bir tərəf ciddi irəliləyiş əldə etməyib. Bu vəziyyət artıq bir neçə aydır davam edir. Lakin qarşıdan qış gəlir və hava şəraiti əməliyyatlara mane ola bilər. Bu səbəbdən yaxın vaxtlarda hər iki tərəfin yeni hücum əməliyyatlarına başlaması ehtimal edilir. Zaman məhz indi mühüm rol oynayır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm