
ABŞ səmasında Çinin hava şarı! - Müharibə ssenarisi:“Çinsiz Putin təklənir”
Yusif Nəzərli
16:24 13.02.2023
Dünya
621
Fevralın 3-də ABŞ hava sahəsində Çinə məxsus hava şarı görünüb. Çin fors-major şəraitə görə hava şarının səhvən ABŞ ərazisi üzərində uçmasından təəssüfləndiyini vurğulayıb.
Pekin fors-major səbəblərdən yaranmış bu insidentin həlli üçün Vaşinqtonla əlaqələri davam etdirəcəyinə söz verib. Qeyd edək ki, Vaşinqton bunu Çinin “casus şarı” olduğunu bildirərək, Pekindən açıqlama tələb etmişdi.
İndi isə NATO Baş katibi Yens Stoltenberq söyləyib ki, Çin və Rusiya NATO müttəfiqlərinə qarşı kəşfiyyat və izləməni gücləndirir. “Sabah NATO müdafiə nazirlərinin görüşündə müzakirə edəcəyimiz mövzulardan biri də alyansın müttəfiqlərinin kosmosda daha çox əməkdaşlıq etməsi məsələsi olacaq. Biz müttəfiqlər olaraq kəşfiyyat məlumatlarının bölünməsi imkanlarını müzakirə edəcəyik”, - NATO Baş katibi qeyd edib.
O, ABŞ-da aşkarlanan Çinə məxsus hava şarından da danışıb: “Keçən həftə ABŞ-da gördük ki, bu, Çin və Rusiyanın əməliyyatlarının bir hissəsidir. Bu, müttəfiqlərimiz arasında daha çox sayıqlıq və kəşfiyyat mübadiləsi tələb edir”.

"Sherg.az" xəbər verir ki, "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ABŞ və Çinin müharibə ssenarisi barədə münasibət bildirib:
"Müharibənin 2025-ci ildə baş verəcəyini ehtimal edənlər var. Amerikalı konqresmenlər arasında da müharibə ehtimalını yüksək hesab edənlər az deyil. Respublikaçı konqresmenlər hazırki prezident Co Baydenin Çinlə müharibə aparmaq üçün zəif lider kimi dəyərləndirirlər. Onlar düşünürlər ki, Bayden Pekinlə yumşaq davranır. Ağ Ev bu ehtimallara reaksiya vermir. Pekində isə bu cür ehtimalları təxribat kimi qiymətləndirirlər.
2024-cü ildə ABŞ-da və Tayvanda prezident seçkiləri keçiriləcək. Vaşintonda bəziləri düşünür ki, Çin lideri Si Tsinpin yaranan boşluqdan təzyiqi artırmaq üçün istifadə etməyə çalışacaq. ABŞ-da prezident kampaniyası və andiçmə mərasimi zaman alacaq. ABŞ-da yeni prezidenti işə başlayana qədər Pekin Tayvanla bağlı qəti addımlar atacaq".
E.Şahinoğlunun sözlərinə görə, Çinli ekspertlər müharibə ssenarilərinə Çində nəşr olunan ingilis dilli “Global Times” qəzetindəki yazıları vasitəsilə cavab veriblər:
"Çinli ekspertlər Vaşintondakı siyasi dairələrin iki ölkə arasındakı münasibətləri qəsdən gərginləşdirdiklərini bildiriblər. Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Nin də Pekinin müharibəyə başlamaq haqqında Vaşintonda səslənən fikirləri qəti şəkildə rədd edib.
Vaşinqtonda və Avropa paytaxtlarında Çinin Rusiya ilə yaxınlaşmasından da nahatlıq artıb. Tokio da nahatdır. Yaponiyanın baş naziri Fumio Kisido NATO baş katibi Yens Stoltenberqlə görüşündə Yaponiya sahilləri yaxınlıqlarında Çin-Rusiya hərbi təlimlərinin artmasından narahatlığını səsləndirib. NATO baş katibi Çinin Asiya bölgəsində artan hərbi fəallığını təhlükə kimi qiymətləndirib.
Fərqli düşünənlər də var. Misal üçün Münhen Təhlükəsizlik Konfransının rəhbəri Kristof Heusgen Putinin nüvə silahından istifadə edəcəyi halda Kremlin Çinin dəstəyini itirəcəyi qənaətindədir. O hesab edir ki, Çinsiz Putin tək olacaq. Ona görə də Putin nüvə silahından istifadədən çəkinəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol
İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
18:29 23.04.2026
Dünya
İrlandiya parlamentariləri Xankəndiyə səfər ediblər
18:21 23.04.2026
Siyasət
İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib
18:14 23.04.2026
Media
Berlində qalmaqal: Pəhləviyə hücum - üzərinə qırmızı maye atıldı
18:07 23.04.2026
Gündəm
ABŞ Prezidenti: İranın liderinin kim olduğu məlum deyil
17:59 23.04.2026
Gündəm
Azərbaycan-Latviya münasibətlərində yeni mərhələ
17:59 23.04.2026
Gündəm
Rumıniyada baş nazirin müavini və altı nazir istefa verib
17:53 23.04.2026
Dünya
Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib
17:27 23.04.2026
Gündəm