ABŞ hakimiyyəti 1961-ci ildən bəri ilk dəfə olaraq dörd hərbçinin edamını həyata keçirməyi planlaşdırır. Bunun üçün isə ABŞ prezidenti Donald Tramp müvafiq sərəncam imzalamalıdır.
Sherg.az xəbər verir ki, bu barədə "ABC News" ABŞ Silahlı Qüvvələrinin sənədinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, “Prezident müvafiq göstəriş verərsə, ordu ölüm cəzasına məhkum edilmiş dörd hərbi qulluqçunun hökmünü icra etməyə hazırlaşır”.
Bildirilir ki, həmin hərbçilər zorlamada təqsirli biliniblər. Hökmün Terre Haute şəhərində, Indiana ştatında yerləşən həbsxanada icra olunacağı gözlənilir.
Mayın 7-də ABŞ Ədliyyə Nazirliyi ölüm hökmünün icra üsulu kimi güllələnməyə rəsmi icazə verib. Qurum həmçinin ölümcül inyeksiyalar üçün Pentobarbital preparatının istifadəsini bərpa edir. Bu preparat Trampın ilk prezidentlik dövründə həyata keçirilən 13 edamda istifadə olunub ki, bu da son onilliklərdə hər hansı digər ABŞ prezidentinin dövrü ilə müqayisədə daha yüksək göstəricidir.