ABŞ Venesuelaya 310 milyon dollar yardım göstərdi

ABŞ dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılması üçün Venesuelaya 310 milyon dollardan çox məbləğdə yardım təqdim edib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Venesueladakı müvəqqəti işlər vəkili Con Barret brifinqdə jurnalistlərə bildirib.

"İndiyədək ABŞ-ın humanitar yardımı 310 milyon dolları keçib. Venesuela hakimiyyəti ölkədə humanitar yardımın sürətlə paylanması ilə bağlı ABŞ-ın xahişlərini tam şəkildə yerinə yetirir", - o qeyd edib.