ABŞ regional gərginliyin artması təhlükəsi səbəbindən Yaxın Şərqdəki missiyalarından bəzi diplomatlarını və onların ailə üzvlərini təxliyə edir.
Teleqraf xəbər verir ki, bu barədə CNN-in mənbələrə istinadən məlumat verib.
Qeyd edilir ki, amerikalı diplomatlar yaranmış vəziyyəti "bezdirici və "dejavu'" kimi təsvir edirlər. Belə ki, hazırda bölgəni tərk edənlərin bir çoxu İranla münaqişə səbəbindən əvvəllər bölgədən çıxarılsalar da yenidən qaytarılmışdılar.
Daha əvvəl "Reuters" agentliyi ABŞ administrasiyası rəsmilərinə istinadən xəbər vermişdi ki, ABŞ Dövlət Departamenti Yəməndəki "Ənsar Allah" (husilər) üsyançı hərəkatına qarşı mümkün hərbi əməliyyat səbəbindən Yaxın Şərqdəki ABŞ səfirliklərindən öz əməkdaşlarını təxliyə etməyə hazırlaşır.