ABŞ Zelenskinin telefon danışıqlarını dinləyib?
Yusif Nəzərli
06:43 11.04.2023
Dünya
571
Pentaqona məxsus sənədlərin sızması nəticəsində ABŞ-nin Ukrayna Prezidenti Volodimir Zelenskini izlədiyini əks etdirən sənəd yayımlanıb.
Bu barədə CNN məlumat yayıb.
CNN-in bu sənədə istinadən verdiyi məlumata görə, Zelenskinin çevrəsi bu casusluq faktında heç bir qəribəlik görmür, lakin informasiyanın sızmasından məyusdur.
ABŞ-nin kəşfiyyat hesabatında deyilir ki, Zelenski fevralın sonunda guya Rusiyanın Rostov vilayətindəki rusiyalı hərbçilərin toplandığı yerlərə pilotsuz təyyarələrlə zərbə endirməyi təklif edib. Zelenski bunu onunla izah edib ki, Ukraynanın bu qədər uzaq məsafəyə uça biləcək uzaqmənzilli silahları yoxdur.
Hesabatda Ukrayna liderinin danışıqları barədə ələ keçirilən məlumatlar yer alıb. Milli Təhlükəsizlik Agentliyi hesabatı “elektron siqnallar və rabitə sistemlərindən əldə edilən kəşfiyyat məlumatları” kimi təsnifatlandırıb.
Bu, ABŞ-nin Ukraynaya uzaqmənzilli raket sistemləri göndərmək istəməməsi ilə bağlı açıq bəyanatlarına aydınlıq gətirir. Belə ki, ABŞ Kiyevin bunlardan Rusiya daxilində zərbələr üçün istifadə edəcəyindən qorxur. Amma Ukrayna söz verib ki, bunun üçün ABŞ-nin verdiyi silahlardan istifadə etməyəcək.
Başqa bir kəşfiyyat hesabatında deyilir ki, Çin Ukraynanın Rusiyanın daxilindəki hədəflərə zərbələrini fürsət kimi dəyərləndirə və bundan NATO-nu təcavüzkar kimi göstərmək üçün istifadə edə bilər. Eyni zamanda da hücumları əhəmiyyətli hesab edərsə, Rusiyaya yardımını artıra bilər.
Buna baxmayaraq Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, onun fikrincə, dərc edilmiş sənədlər həqiqəti əks etdirmir və Ukraynanın real planları ilə heç bir əlaqəsi yoxdur. O qeyd edib ki, bu sənədlər Rusiya tərəfindən yayılıb və böyük həcmdə uydurulmuş məlumatlara əsaslanır.
Mənbə: UNİAN
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya