“Kansler Fridrix Merts və şirkəti Almaniyanı məhv edir”.
Teleqraf xəbər verir ki, bunu “Almaniya üçün Alternativ” (AfD) Partiyasının həmsədri Alis Vaydel deyib.
“2026-cı ildə vergi gəlirlərində 17,8 milyard avroluq azalma, təkcə federal büdcə üçün 2030-cu ilə qədər təxminən 90 milyard avro itki. Almaniyanın fəlakətli transformasiya siyasəti səbəbindən indi də kəskin gəlir çatışmazlığı ilə üzləşir. Merz və şirkəti ölkəmizi məhv edir”, - Vaydel qeyd edib.