
Ağır məğlubiyyət: Makronun özü də istefaya getməlidir
Yusif Sultanoğlu
07:59 11.06.2024
Dünya
742
O nə qədər hakimiyyətdə qalsa, Fransada daxili ziddiyyətlər bir o qədər də gərginləşəcək
Fransa Prezidenti Emmanuel Makron partiyasının Avropa Parlamentinə seçkilərdə ifrat sağçı namizədlərə sarsıdı məğlubiyyətindən sonra bazar günü parlamenti buraxıb. Fransada növbəti parlament seçkilərinin ilk turu iyunun 30-da keçiriləcək. İkinci tur iyulun 7-də baş tutacaq. Fransa parlamentinin buraxılması qərarı onun tərəfdarları tərəfindən inamsızlıqla qarşılanıb. Proqnozlara görə, ifrat sağçı Milli Birlik Fransada keçirilən Avropa seçkilərində 31,5 faiz səslə qalib gələcək. Bu da Makronun liberal İntibah Partiyasının (15,2 faiz) proqnozlaşdırılan qələbəsindən iki dəfə çoxdur. Makron parlamentin buraxıldığını elan edərkən ifrat sağçı Milli Birlik partiyasının tərəfdarları qələbəni qeyd edib. Milli Birlik Partiyasının lideri Marine Le Penin sözlərinə görə, Aİ seçkilərinin nəticələri Brüssel üçün bir siqnal olmalı və qlobalizmin bu ağrılı dövrünə son qoymalıdır.
Avropa Parlamentinə seçkilərdə Makron və onun "İntibah" partıyasının acı məğlubiyyəti Fransa xalqının Makron bonapartizminə, heç bir əsası olmadan özünü hamıdan yüksəkdə görməsimə və sanki qlobal problemlərdə həlledici statusa malik olmaq görüntüsü yaratmasına, Fransa xarici siyasətinin iflasına gətirib çıxartmış siyasət yürütməsinə, daxili problemləri görməzdən gəlməsinə münasibətidir.
Siyasi şərhçi Aydın Quliyevin sözlərinə görə, Avropa Parlamentində nəticələrin belə olması gözlənilən idi:
“5 gün əvvəlki statusumda yazdığım kimi oldu - Avropa parlamentinə seçkilərdə Fransa üzrə ümumi nəticələrdə Makronun "Dirçəliş" Partiyası biabırçı şəkildə məğlub oldu. Biabırçılıq o həddədir ki, Makron Fransa parlamentini buraxmağa və 30 iyun, 7 iyul tarixlərinə yeni seçki təyin edib. Makronun partiyası Avropanın sağ mərkəzçi düşərgəsini təmsil edir. Lakin bu məğlubiyyət sağ mərkəzçi ideologiya ilə qəti bağlı deyil. Müqayisə üçün deyim ki, Avropa komissiyasının hazırkı sədri Ursula fon der Lyayen də ölkəsi Almaniyanın sağ mərkəz qüvvələrini təmsil etdiyi halda Avroparlament seçkilərində qalib gəlib. Ümumən onun başçılıq etdiyi sağ mərkəzçi Avropa Xalq Partiyası fraksiyası 181 deputat mandatı qazanıb. Proseslərin bir maraqlı təzahürü də odur ki, Fransanın ultra sağ qüvvələri və Makronun əbədi "qənimi" sayılan Mari Li Penin Milli Birlik Partiyası onu üstələdi. Ən diqqətçəkən nüanslardan onu da deyək ki, siyasətdə "saç-saqqal" ağartmış Makron gənc fransız millətçisi Bardellaya məğlub oldu.
Əlbəttə, Makron üçün bu məğlubiyyət birdən-birə ortaya çıxmış nəticə deyil. Onun 2018-ci ildən bəri apardığı uğursuz daxili və xarici siyasətin hər addımı öz işini gördü. Müstəmləkələr ayağa qalxıb, keçmiş müstəmləkə cinayətləri bir-bir açılır, xalq narazıdır, dövlət Cənubi Qafqazda hörmətini və Azərbaycan kimi ölkəni itirdi. Makron Fransanın ad-sanını erməni lobbiçiliyinin ayaqları altına atdı... Avropa parlamentinə seçkilərdə uduzdu. Milli parlament seçkilərində də yəqin ki, daha ağır məğlubiyyət zərbəsi alacaq”.
Millət vəkili Azər Badamov isə “Sherg.az”a açıqlamasında deyib ki, Avropa Parlamentinə keçirilən seçkilərdə “İntibah”ın milliyətçi partiyası Milli Birlik Partiyasına böyük səs fərqi ilə uduzması Makronun beynəlxalq və daxili siyasətin iflası deməkdir:

“Makron özünü Avropada ağsaqqal kimi aparmağa və digərlərinə yol göstərməyə çalışırdı. Amma heç kəs onu ciddi qəbul etmirdi. O cümlədən Makronun daxili siyasətinin uğursuzluğu Fransanı uçuruma apardı. Belə ki, Fransada aparılan islahatlar fransızların milli maraqlarına uyğun olmadı və insanların sosial vəziyyətini ciddi şəkildə pisləşdirdi. Fermerlərin və müxtəlif sferaları əhatə edən şəxslərin etiraz aksiyaları Fransanın daxilində ciddi problemlər yaratdı. Təbii ki, bu, Makronun bir rəhbər kimi uğursuz olmasından irəli gəldi. Avropa Parlamentinə keçirilən seçkilərdə acı məğlubiyyətə uğrayan Makron parlamentini buraxdığını elan etdi. Əslində, Makronun özü də istefaya getməlidir. Çünki Makronun rəhbərliyi altında Fransanın gələcəyini yaxşı heç nə gözləmir. Makron nə qədər hakimiyyətdə qalsa, Fransada daxili ziddiyyətlər bir o qədər də gərginləşəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm