Aİ-də "fransız küləyi": Paris çalışır ki, Ukrayna məsələsində əsas söz sahibi olsun
12:54 18.02.2025
Dünya
478
Çexiya, Rumıniya və Sloveniya Avropa liderlərinin Parisdə keçirilən sammitinə dəvət edilmədiklərinə görə qəzəblənib. Bu barədə “Le Monde” məlumat yayıb. Çexiya hökumətindəki mənbə nəşrə açıqlamasında deyib ki, Avropanın heç bir ölkəsində Çexiyada olduğu qədər ukraynalı qaçqın yoxdur. Üstəlik, ən effektiv silah təchizatı sistemlərindən birini təşkil edən də məhz bu ölkədir. Polşanı saymasaq, müharibəyə Çexiya qədər yaxın ölkə yoxdur. Rumıniyanın müvəqqəti prezidenti İlie Boloyanın müdafiə və təhlükəsizlik üzrə müşaviri Kristian Diakonesku da ölkəsinin səylərinə baxmayaraq, Parisə dəvət edilməməsindən təəssüfləndiyini bildirib. Sloveniya Prezidenti Nataşa Pirts-Musar isə bildirib ki, Parisdəki təşkilatçıların bütün Avropa ölkələrini dəvət etməməsi AB daxilində də heç də bütün ölkələrin bərabər hesab olunmadığını göstərir. Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makronun Parisdə çağırdığı fövqəladə toplantıya Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Niderland, Polşa liderləri, eləcə də Avropa Şurasının sədri Antono Koşka, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və NATO Baş katibi Mark Rutte qatılmışdı.
Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a söyləyib ki, Fransa Ukrayna məsələsini öz inhisarında saxlamaq məcburiyyətindədir:
“Parisdə təşkil olunan həmin konfrans da buna hesablanmışdı. Fransa çalışır ki, Ukrayna məsələsində əsas söz sahibi olsun və gücünü Amerika Birləşmiş Ştatlarına qəbul etdirsin. Yəni Avropa Birliyinin lider ölkəsi olaraq özünü göstərmək istəyir. Fransa Avropaya liderlik etmək istəyən kimi oraya daxil olan kiçik ölkələrə gözucu baxır. Hətta rəsmi Paris cəhd göstərir ki, sözügedən ölkələrin söz haqqı olmasın. Burada Fransanın qarşısında əsas duran ölkə məhz Almaniyadır. Paris bu məsələlərdə Berlinin gücünü qəbul etməyə məcbur olub. Ancaq nəzərə almaq lazımdır ki, Almaniyada hazırda siyasi vəziyyət ürək açan deyil. Olaf Şolts höküməti artıq hakimiyyətdən gediş ərəfəsindədir. Bu ay ərzində növbədənkənar parlament seçkiləri baş tutacaq. Həmin seçkilərdə isə müxalifətdə olan xristian demokratların qalib gəlməsi gözləniləndir. Bütün bunlardan isə Emmanuel Makron istifadə etmək niyyətindədir. Fransa çalışır ki, Ər-Riyadda ABŞ və Rusiya nümayəndələrinin görüşü keçirildiyi bir ərəfədə Parisdə də belə konfrans baş tutsun. Makron düşünür ki, Ukrayna məsələsi ilə bağlı razılıq Parisdə keçirilən görüşdə reallaşacaq. Nəzərə almaq lazımdır ki, bu konfransda hansısa razılığın olmasından söhbət gedə bilməzdi. Sadəcə olaraq konfranda müəyyən məsələ barəsində söhbət etdilər. Konfransın təşkil edilməkdə məqsədi və nəticəsiylə bağlı dünyaya heç nə aydın olmadı. Çexiya, Rumıniya və Sloveniya kimi ölkələrinin görüşdən uzaqlaşdırılması Fransanın kiçik dövlətlərin söz sahibi olmasına qarşı olduğundan irəli gəlir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya
Rusiya bu kəndləri də işğal etdi
18:51 01.08.2026
Dünya
"Trabzonspor"dan Salaha 17 milyon avroluq təklif
18:31 01.08.2026
Futbol
İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb
18:13 01.08.2026
Dünya
İran: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq
17:13 01.08.2026
Region
AB səfiri Azərbaycan dilini öynənir - Video
16:59 01.08.2026
Gündəm