Aİ Rusiyaya ballistik raketlər verdiyinə görə İranın aviasiya sektoruna sanksiyaları nəzərdən keçirir
09:44 13.09.2024
Dünya
533
Avropa İttifaqı (Aİ) İranın Rusiyaya ballistik raketlər verməsinə cavab olaraq bu ölkənin aviasiya sektoruna sanksiyaları nəzərdən keçirir.
"Sherg.az" xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellin blokun adından verdiyi bəyanatında bildirilib.
Bəyanatda vurğulanıb ki, İranın Rusiyaya ballistik raket verməsi Avropanın təhlükəsizliyinə birbaşa təhdiddir.
Qeyd olunub ki, Tehranın bu addımı Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni işğalçılıq müharibəsində istifadə etdiyi İran PUA-ları və sursatlarının tədarükü ilə yanaşı, silah təminatında böyük bir eskalasiyadır.
"Bu, Rusiyanın Ukraynaya qarşı ən son hücumları, o cümlədən ballistik raketlər və pilotsuz uçuş aparatları, onun Ukraynaya və onun xalqına qarşı qəddar təcavüzkar müharibəsini davam etdirmək əzmində olduğunu sübut edən, xüsusilə də kritik enerji infrastrukturunu hədəf alaraq, mümkün olan ən yüksək itkini yaratmağa çalışdığı vaxta təsadüf edir. İranın ballistik raketləri indi Ukraynada daha çox itkiyə və dağıntıya səbəb olmaq üçün istifadə oluna bilər", - deyə bəyanatda qeyd olunub.
Borrell vurğulayıb ki, İranın Rusiyanın müharibəsində iştirakı ilə bağlı Avropa İttifaqının mövqeyi həmişə aydın olub: "Avropa İttifaqı ballistik raketlərin Rusiyaya ötürülməsinə qarşı İrana dəfələrlə ciddi xəbərdarlıq edib.
Avropa İttifaqı İrana qarşı yeni və ciddi məhdudlaşdırıcı tədbirlər, o cümlədən İranın ballistik raket və dron proqramlarında iştirak edən şəxslər və qurumların müəyyənləşdirilərək sanksiya tətbiq edilməsi də daxil olmaqla, beynəlxalq tərəfdaşlarla koordinasiyalı şəkildə işləyir və buna sürətlə buna cavab verəcək. Bu kontekstdə İranın aviasiya sektoruna qarşı sanksiyalar nəzərdən keçirilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya