“Allah bəlanı versin, Nurəddin”, yazdı: Hamı onun izinə düşdü

Sosial mediada paylaşıldı


  Binanın önündə “Allah bəlanı versin, Nurəddin” yazılmış plakat görənləri heyrətə salıb. Görüntülər sosial mediada paylaşılıb və hər kəs Nurəddinin kim olduğunu, niyə ona belə bir qarğış edildiyi ilə maraqlanıb. 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, hadisə Türkiyənin Kocaeli bölgəsinin Başiskele əyalətində yaşanıb. Bir binanın eyvanından üzərində “Allah bəlanı versin, Nurəddin” sözləri yazılmış baner asılıb. Baneri asan şəxsin ruhi sarsıntıları olduğu, vaxtaşırı ətrafda yaşayanlara problem yaratdığı da deyilir. Amma Nurəddin kimdir və nə edib ki, qarğışa tuş gəlib? Sözügedən bina Seymen məhəlləsi Hürriyyət küçəsində yerləşir. Banner bir müddət sonra aşağı endirilib. Məlum olub ki, binada hazırda yaşayış yoxdur. Adı yazılan şəxs isə binadakı mənzillərdən birində yaşayıb. Bannerin asılması barədə danışan məhəllə sakini Seyhan Altın, “Nurəddin adında birisini tanımırıq. Nə məqsədlə bu plakat asılıb, onu da bilmirik. Heç bir fikrimiz yoxdur. Amma hamı maraqlanır ki, Nurəddin kimdir? Biz də bilmirik. Açıq şəkildə birisinin adı yazıldığına görə bu adamlar arasında mübahisəli məsələ var, demək. Ola bilsin, kirayə məsələsidir. Birisinə ödəməli olduğu məbləğ var, amma ödəmir. Yəni daha çox ev kirayəsi və alqı-satqı, alınacaq-veriləcək bir məsələdir. Bundan əvvəl televizorda belə bir plakat asılmasını görmüşdüm. Evini kirayə verən biri kirayəşini mənzildən çıxara bilmirdi, kirayə pulu da ödənmirdi, belə bəddua yazıb asmışdı. Belə məsələlər hüquqi yollarla həll edilsə yaxşıdır. Bəddua etmək, nəyə gərək? Qarğışın “iki başı” olur, deyirlər. Bəddua edənin özünə də təsir edə bilər. Başqa bir sakin isə banner asmış şəxsin ruhi xəstə olduğunu deyib: “Bu adamla  normal şərtlər altında danışmaq, nəyisə başa salmaq mümkün deyil. Bu banneri görəndə anladıq ki, onunla söhbət etmək mümkün olmayacaq. Danışmağa cəhd etsək, bizə də problem yaradacaq. Kimsəyə zərər vermir, amma qışqırır, bağırır. 4 ildir burada yaşayır. O binada isə kimsə yaşamır, 5 ildir ki boşdur”.