Almaniya kansleri: Ermənistan xalqı açıq şəkildə sülhü seçib

"Böyük təzyiqlərə baxmayaraq, Ermənistan xalqı açıq şəkildə demokratiya və sülhü seçib".

Teleqraf xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz Ermənistanın Baş naziri Nikol Paşinyana 2026-cı il parlament seçkilərində "Vətəndaş Müqaviləsi" partiyasının qələbəsi münasibətilə ünvanladığı təbrikində qeyd edib.

“Baş nazir Nikol Paşinyanı və Ermənistan xalqını təbrik edirəm. Böyük təzyiqlərə baxmayaraq, Ermənistan xalqı açıq şəkildə demokratiya və sülhü seçib. Ermənistanla ikitərəfli və Avropa əməkdaşlığımızı daha da dərinləşdirməyi səbirsizliklə gözləyirəm" - kansler qeyd edib.