Almaniya xarici işlər naziri Kiyevə gedib
Yusif Nəzərli
05:40 21.05.2024
Dünya
378
Almaniya xarici işlər naziri Annalena Berbok Kiyevə gedib.
APA xəbər verir ki, bu barədə Almaniya XİN məlumat yayıb.
Məlumatda qeyd olunub ki, xarici işlər naziri Berbok həlledici vaxtda Ukraynaya səfər edib: "Bir neçə gün əvvəl Putin Ukraynanın ikinci ən böyük şəhəri Xarkova yenidən hücuma keçdi. Xarici işlər nazirinin səfərinin məqsədi ukraynalı həmsöhbətlərini hətta döyüş bölgələrində vəziyyətin pisləşməsini nəzərə alaraq, Almaniya və Avropanın bundan sonra da Ukraynanın tərəfində möhkəm dayanacaqlarına və onların dəstəyindən əl çəkməyəcəklərinə inandırmaqdır".
Almaniya xarici işlər naziri Annalena Berbok isə səfərdən əvvəl açıqlamasında deyib ki, bu müharibə Ukraynanı Avropaya daha da yaxınlaşdırıb: "Putin imperiya çılğınlığı ilə Ukraynanı ələ keçirmək istəyirdi, amma əvəzində onu Avropa ilə möhkəm birləşdirdi. Avropalılar olaraq bizim taleyimiz heç vaxt Ukraynanın taleyi ilə bu qədər sıx bağlı olmayıb. Ukrayna öz azadlığını böyük əzmlə müdafiə edir və bununla da bizim hamımızın azadlığı uğrunda mübarizə aparır. Ukraynanın Aİ-yə daxil olması Rusiyanın beynəlxalq hüququ pozan işğalçılıq müharibəsinin zəruri geosiyasi nəticəsidir. Ukrayna təsirli irəliləyiş əldə edib və Rusiyanın dağıdıcılığına baxmayaraq islahatlar yolundadır. Bizim dəstəyimiz Ukraynanın bu müharibədə qalib gələcəyinə olan dərin inamdan qaynaqlanır. Putin fərz edir ki, sonda tükənəcəyik, amma bizim gücümüz var. Almaniya dünyanın hər yerindən bir çox başqa ölkələrlə birlikdə Ukraynanın tərəfində möhkəm dayanır. Ukrayna xalqı uzunmüddətli perspektivdə buna arxalana bilər".
XİN bildirib ki, Annalena Berbokun səfəri həm də Ukraynanın gələcəyinə investisiya kimi Berlin Yenidənqurma Konfransına hazırlığa xidmət edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə