
Analitik: Qərb Ukraynaya özlərinə sərf edəcək formada dəstək göstərir
12:17 12.09.2024
Dünya
483
NATO-nun Baş katibi Yens Stoltenberq Beynəlxalq Krım Platformasının IV Sammitinə ünvanladığı müraciətində bildirib ki, müttəfiqlər gələn il ərzində Ukraynaya 40 milyard avro ayırmaq niyyətindədir. Stoltenberq vurğulayıb ki, NATO-nun dəstəyi Ukraynaya bu gün özünü müdafiə etməyə və gələcəkdə Rusiya hücumlarının qarşısını almağa kömək edəcək. O bildirib ki, Ukraynanın gələcəyi NATO-dadır və o, üzvlük üçün dönməz yoldadır. NATO-nun davamlı köməyi ilə Ukrayna suveren, müstəqil və demokratik dövlət kimi qalib gələcək.
Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a söyləyib ki, Stoltenberqin dediyi kimi Ukrayna müharibədə qalib gələ bilər. Amma buna görə Avropadan istər NATO, istərsə də, müxtəlif dövlətlər səviyyəsində həlledici dəstək almalıdır:

“Yəni yardımlar bu gün Ukraynaya ayrılan maddi və texniki dəstəkdən daha çox olmalıdır ki, rəsmi Kiyev Rusiyanın sahədə əldə etdiyi texniki hərbi üstünlüyü aradan qaldıra bilsin. Hazırda Ukraynaya verilən silahlar isə rəsmi Kiyevin meydanda üstünlüyü öz xeyrinə dəyişməsinə imkan yaratmır. Sual yaranır ki, NATO ölkələrinin təşkilat və ayrı-ayrı ölkələr səviyyəsində sahib olduğu müasir silahlar, əsas qırıcılar, uzaqmənzilli raketlər haradadır? Niyə həmin texniki avadanlıqlar Ukraynaya verilmir? Ümumiyyətlə Ukraynaya dəstəklər lazım olan formada və çəkinmədən verilərsə, rəsmi Kiyev qalib gələ bilər. Ancaq NATO və Qərb dövlətləri Rusiya ilə münaqişə yaratmayacaq şəkildə Ukraynaya yardım ayırırlar. Yəni Ukraynaya özlərinə sərf edəcək formada dəstək göstərirlər. Bu isə heç vaxt Ukraynanın qələbə qazanmasına imkan yaratmır. Stoltenberq həqiqətən rəsmi Ukraynanın qalib gəlməsini istəyirsə, Kiyevə lazım olan formada dəstək ayrılmalıdır. Əgər yardımlar eyni formada verilməyə davam edərsə, üstündən on il də keçsə, Ukrayna müharibədə qalib olmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol