
Analitik: Vaşinqtonun əsas hədəfi İsrail və Ərəb dünyasını barışdırmaqdır
09:59 19.04.2024
Dünya
533
“ABŞ Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmaq müqabilində İsrailin Fələstini tanımasını istəyir”.
Bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Məlumata görə, Vaşinqton yaxın aylarda İsrail və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin normallaşması müqabilində Fələstin dövlətinin tanınması üçün uzunmüddətli diplomatik razılaşma əldə etməyə çalışır.
Nəşr yazır ki, Ağ Ev Ər-Riyada rəsmi təhlükəsizlik əlaqələri təklif edir. Bu əməkdaşlıq çərçivəsində isə mülki nüvə enerjisinin inkişafına və Fələstin dövlətinin tanınmasına səy göstərəcəyinə vəd verir.
Mövzu ilə bağlı “Sherg.az”a danışan hərbi-siyasi ekspert Həşim Səhrablı bildirib ki, Amerika Birləşmiş Ştatlarının bölgədə regional maraqları mövcuddur və həmin maraqlarını təmin etməlidir:

“Düzdür, İsrail Amerikanın bölgədə ən yaxın müttəfiqi ola bilər. Amma Vaşinqton anlayır ki, təkcə İsraillə müttəfiq əlaqələri üzərindən Yaxın Şərqdə öz istəklərini təmin etmək çətin olacaq. Belə olan halda da Amerika regionun digər ölkələrilə də münasibətləri möhkəmləndirməyə çalışır. Məsələn, bu nöqtədə ABŞ və Türkiyə NATO çərçivəsində müttəfiq münasibətlərə malikdirlər. Son dövrlər Ərəb dövlətləri yeni geosiyasi faktorlar nəticəsində daha çox Çin və Rusiya ilə əlaqələrə üstünlük verirlər. Əvvəlcə Ərəb dövlətləri, xüsusilə də Səudiyyə Ərəbistanı Amerika mərkəzli xarici siyasət xətti yürüdürdü. Son illər isə bu xətt dəyişib və həmin ölkələr Çin, Rusiya ilə əlaqələr qurur. Amerika isə bunların hamısını görür və Səudiyyə Ərəbistanını yenidən öz xarici siyasət kursunun əsas tərəfdaşlarından birinə çevirmək istəyir. Burada əsas maneə isə Ərəb dünyası ilə İsrail arasında olan gərginliklərdir. İndi Vaşinqtonun əsas hədəfi İsrail və Ərəb dünyasını barışdırmaqdır. Əgər Amerikanın bu istəyi baş tutsa, Vaşinqton Rusiya və Çinin Yaxış Şərqdə nüfüzunu artırmasının qarşısını ala bilər. İndiki vəziyyətdə isə bu mümkün deyil. Çünki Ərəblər və Yəhudilər özləri üçün daha artığını istəyirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət