
Aqşin Yenisey: Əfqanıstanın taleyi də, tarixi də qan bağı olmayan etnik burjuanın əlindədir
09:26 21.11.2024
Dünya
464
Türkiyəni də bu hala salmaq istəyirlər
Əfqanıstan torpaqlarında sabitlik və əmin-amanlıq inkişaf eləmiş dövlətlərdəki insan hüquqlarının pozulması kimidir, ikisinə də bu vaxta qədər çox az rast gəlmişik. Bu ölkənin hər daşında, torpağında böyük güclərin körüklədiyi dini qruplaşmaların vəhşətinin izləri var. Qan, göz yaşı, ölüm ölkənin dəyişilməsi xüsusiyyətinə çevrilib. Bu faciələri ortaya çıxaran ən böyük səbəb təhsilin yox səviyyəsində olması, dini fanatizmin və radikallığın kəskin şəkildə əfqan cəmiyyətinə sirayət etməsidir. Təhsilin yox səviyyəsinə düşməsi səbəbindən Əfqanıstan müasir dünyaya inteqrasiya etməkdə çətinlik çəkir.
Əfqanıstan niyə sivil dövlət ola bilmir? Sualını şərh edən şair Aqşin Yenisey “Sherg.az”a açıqlamasında deyib ki, ölkə etnik tərkibcə zəngindir, amma heç bir etnik qrup çoxluğu təşkil edəcək saya sahib deyil. Yəni mərkəzi gücü təmsil edən heç bir etnik baza yoxdur:

“Sivil dövlət üçün lazım olan mərkəzi etnik güc olmadığından Əfqanıstanı bir mərkəzdən idarə etmək heç vaxt mümkün olmayıb, heç vaxt da mümkün olmayacaq. Çünki ölkənin taleyi də, tarixi də qan bağı olmayan etnik burjuanın əlindədir. Əfqanıstan ABŞ modeli üzərində qurula bilərmi? Mümkün deyil, birincisi, ABŞ-dan fərqli olaraq təsir zonasındadır, ikincisi, ABŞ-ı quranlar özləriylə yeni qitəyə milli, dini heç bir dəyər aparmamışdılar, üçüncüsü, burada etnik kimliyiylə problem yaradacaq hinduları əvvəlcədən təmizləmişdilər.
Bu gün Türkiyəni də bu hala salmaq istəyirlər. Atatürkün türk kimliyi üzərində yaratdığı mərkəzi gücə hücumlar buna görədir. Halbuki Atatürkün etdiyi etnik təəssübkeşlik deyil, milli dövlət modelinin ən vacib şərtinin icrasıdır.
Dövlət qalsın, amma mərkəzi etnik güc olmasın deyənlər gizli Əfqanıstan azarkeşləridir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət