İranın xarici işlər naziri Abbas Araqçi hesab edir ki, İsrail və ABŞ tərəfindən İran universitetlərinin bombalanması onların ümidsizliyinin əlamətidir.
Sherg.az xəbər verir ki, Araqçi bu fikri X sosial şəbəkəsində bildirib.
Araqçinin fikrincə, "İsrail və onun cinayətkar tərəfdaşı düşünür ki, bilikləri bombardmanla məhv etmək olar”. Nazir əlavə edib: “Bu illüziya iranlı alimlərin öldürülməsində, İranın nüvə obyektlərinə hücumlarda və indi də universitetlərə edilən hücumlarda aydın şəkildə özünü göstərir”.
Araqçinin sözlərinə görə, "belə hərəkətlər tamamilə ümidsizdir və nəinki heç bir nəticə vermir, əksinə, iranlılarda bilik susuzluğunu və elmi inkişaf istəyini daha da gücləndirir”.