“AstraZeneca“ peyvənd dozlarının ixracı müvəqqəti dayandırılıb
15:34 26.03.2021
Dünya
500
Avropa İttifaqı (Aİ) ölkələrində istehsal olunmuş “AstraZeneca“ peyvənd dozlarının ixracı hələlik qadağan edilib.
AZƏRTAC xəbər verir ki, Aİ-nin daxili bazar üzrə komissarı Tyerri Breton bu barədə məlumat verib. Bildirib ki, bu qayda konsernin peyvənd dozlarının çatdırılmasına dair öhdəliklərini yerinə yetirənə qədər qüvvədə olacaq. Komissar, həmçinin qeyd edib ki, digər istehsalçılar peyvəndlərin çatdırılmasına dair öhdəliklərini nəzərdə tutulmuş vaxt planı üzrə yerinə yetirirlər. Lakin Aİ “AstraZeneca“ konserni ilə problemlər yaşayır, belə ki, istehsalatda yaranmış ləngimələrə görə, şirkət çatdırmalı olduğu məhsulun həcmini kəskin şəkildə aşağı salıb.
Aİ məkanında peyvənd istehsalını sürətləndirmək üçün Avropa Dərman Agentliyi (EMA) iki yeni istehsalat müəssisəsinə “yaşıl işıq” yandırıb. Almaniyanın Marburq şəhərindəki müəssisə “BioNTech/Pfizer“ peyvəndini, Niderland Krallığının “Halix“ şirkəti isə “AstraZeneca“ istehsal edəcək. Hər iki müəssisədə indiyədək peyvəndlər istehsal olunsa da, müvafiq Avropa lisenziyası almadıqlarına görə, peyvənd dozları anbarlarda saxlanılırdı. Aİ səhiyyə komissarı Stella Kiriakides hər iki müəssisəyə verilən icazəni yüksək qiymətləndirib və peyvənd çatışmazlığının aradan qaldırılmasına töhfə verəcəyini bildirib. Hesab olunur ki, bu yolla “AstraZeneca“ şirkətinin Aİ qarşısında götürdüyü öhdəliyin bir qismi təmin olunacaq.
Qeyd edilməlidir ki, İtaliyada anbarların birində aşkarlanan 29 milyon doz “AstraZeneca“ peyvəndi hazırda Aİ qurumları və şirkət arasında münasibətləri gərginləşdirib. Aİ-nin peyvənd dozaları ilə təminatında ləngimələr yaşayan şirkətin bu miqdarda peyvəndi Böyük Britaniyaya ixrac etməyə hazırlaşması ciddi narazılıq doğurub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya